ArxivXəbər lentiXəbərlər

Polis cəbrayıllı şəhid atasını döydü – FOTOLAR

Əhməd Süleymanova fiziki güc tətbiq edən Tofiqi rəisi Araz Şahverdiyev himayəsinə alıb 

Biləsuvarda məskunlaşmış Cəbrayıl sakinlərindən biri, şəhid atası Əhməd Süleymanov yerli polis əməkdaşı tərəfindən döyülüb. Bu barədə 2-ci qrup Qarabağ əlili Rasim Paşayev verib.

Qarabağ əlili bildirilib ki, Əhməd Süleymanov idarə etdiyi avtomobillə hərəkət edərkən təsadüf nəticəsində Cəbrayıl Polis Şöbəsinin Tofiq adlı əməkdaşının maşınına toxunub. Nəticədə yüngül qəza hadisəsi baş verib. Bundan bərk qüəzəblənən polis əməkdaşı isə heç bir üzürxahlığa baxmayaraq, şəhid atasına hücum edərək, ona fiziki güc tətbiq edib. Və Əhməd Süleymanov ağır bədən xəsarətləri alıb.

JAM.AZ-a məlumat verən Rasim Paşayev deyir ki, adı keçən polis işçisi rayon camaatı arasında ad çıxarıb və hamı onu “Reket Tofiq” kimi tanıyır. Baş verən olaydan sonra boynundan və bədənindən xəsarətlər alan şəhid atasının şikayətinə isə baxan yoxdur. Deyilənlərə görə, “Reket Tofiq”in arxasında elə Cəbrayıl Polis Şöbəsinin rəisi Araz Şahverdiyev durur. İddialarda vurğulanır ki, deputat Astan Şahverdiyevin qardaşı olan rəis heç bir şəkildə işçisinin tərəfini vermək fikrində olmadığını deyib./jam/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button