ArxivXəbər lentiXəbərlər

Nardaran sakinləri azadlığa buraxılıb

Bu barədə qəsəbə sakini məlumat verib.

Nardaranda 2015-ci noyabr 25-i baş verən hadisələrlə bağlı həbs olunan qəsəbə sakinləri azadlığa buraxılıb.

qafqaz.ir İslamazeri.com-un aldiyi  xəbərə görə, bu barədə Nardaran sakini məlumat verib.

Müxtəlif maddələrlə həbs olunan sakinlər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra qəsəbədə yerləşən “Rəhimə Xanım” ziyarətgahını ziyarət ediblər.

Hələlik 5 nəfərin həbsdən çıxdığı qeyd edilir. Yaxın üç gün ərzində isə 21 nəfər dustağın azadlığa buraxılacağı söylənilir.

Xatırladaq ki, Bakının Nardaran qəsəbəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı Müsəlman Birliyi hərəkatının sədri Tale Bağırzadə və tərəfdarları həbs olunub. Hadisədə iki polis əməkdaşı və 4 mülki vətəndaş dünyasını dəyişib.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button