Aktual

İki şiə ölkəsi arasında düşmənçilik toxumlarını kim səpir?

Azərbaycan respublikası əhalisinin doxsan faizi şiələrdən ibarətdir.
Elə bu səbəbdən Azərbaycan hökümətində böyük nüfuzu olan İsrail və Amerika Öz sabiq düşməni İran islam respublikasına qarşı Azərbaycan torpaqlarından lazımı istifadə edə bilməyib. Çünki doxsan faizi şiələrdən olan əhali yadların onun torpqlarından şiə qardaşlarına qarşı sui-istifadə etməsinə icazə vermir.Azərbaycan torpaqlarından İran əleyhinə öz hərbi və kəşfiyyat xarakterli bazalarını yerləşdirməsi və bu kimi digər məqsədlər İsrail və Amerikanın çoxdankı arzusudur. Lakin qeyd etdiyimiz kimi 90 faizi şiə olan əhali buna maneədir.
Düşmən bu maneəni götürmək üçün iki əsas yol düşünüb. Birincisi əhali arasında vəhabiliyin və digər təriqətlərin yayılması. Ikincisi elə şiələrin özündə İrana qarşı nifrət hissləri yaratmaq. Məsələyə bir qədər diqqətlə baxdıqda düşmənin ikinci planında daha müvəffəq olduğunu aşkar görmək olar:
Bəli, artıq Azərbaycanda xalq arasında İrana qarşı mənfi baxış günbəgün artmaqdadır. Düşmən elə təbliğat aparıb ki, bu gün azəribaycanlılar arasında bir çoxları onların torpaqlarının işğal olunmasında Ermənistanı, vaxtilə onun cinayətlərinin hamisi olmuş Rusiyanı və bu gün erməni soyqırımını rəsmi şəkildə tanıyan və işğalçı erməniləri müdafiə edən bir çox xristian Avropa ölkələrirni unudub, İranı günahkar bilirlər. Qarabağ döyüşlərində ona böyük dəstək olmuş İranı!
Bəli, yadların, Azərbaycan xalqının onun şiə qonşusuna qarşı bu qədər bədbin olmasına müvəffəq olması bir faciədir. Daha təhlükəli olan isə, səpilmiş düşmənlik toxumlarının hələ yeni cücərməyə başlamasıdır. Və bundan da daha acı olanı İran tərəfinin bu toxumları məhv etmək əvəzinə (bəzi hallarda) onları suvarmasıdır.
Bir müddətdir ki, ticarət və ziyarət məqsədilə İrana keçən azəribaycanlı qonaqlara qarşı İran gömrük xidmətinin bəzi məsulları tərəfindən baş verən kobudluq hallarının sayı artmaqdadır. Və artıq bu böyük bir problemə və Azəribaycan xalqında İrana qarşı mənfi hisslərin oyanmasına səbəb olub. Mən özüm uyğun keçid məntəqələrindən çox get-gəl etdiyim üçün baş verən kobudluq halları ilə tez-tez rastlaşıram. Bu yazını yazmağıma stimul olan bir neçə saat öncə bu baradə mənə çatan yeni xəbər oldu: İmam Rza ziyarərçilərindən birinin İran İslam Respubikası gömrük xidmətçisi tərəfindən vurulması! Həmçinin keçid məntəqəsində rüşvətalma halları da müşahidə olunur.
Görəsən baş verən bu halların arxasında da sionizm durur, yoxsa elə qardaş şiələr arasında “yəhidiləşən”lərin sayı çoxalır?
Əgər İslam Respublikasının sədaqətli xidmətçiləri bu məsələyə yetişməsələr, iki qardaş ölkə arasında səpilən düşmənçilik toxumlarının cücərəcəyi gündən Allaha pənah!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button