ArxivXəbər lentiXəbərlər

İİR və AR-in neft və qaz sahələri üzrə həmkarlıqları araşdırılıb

İran İslam Respublikası və Azərbaycan Respublikasının neft və qaz sahələri üzrə həmkarlıqlarının genişləndirilməsi yolları bu gün Bakıda araşdırılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti-SOKAR(SOCAR)-ın prezidenti Rövnəq Abdullayev İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hoseyn Zəmaniniya və onu müşayiət edən heyət ilə görüşdə SOKAR-ın iranlı neft və qaz şirkətlərilə həmkarlığa hazır olmasından xəbər verib və belə deyib: İki ölkənin neft və qaz sahələri xüsuiyyət təşkil etməklə müxtəlif iqtisadi sahələrdəki əlaqələri son illərdə genişlənib və bu yolda heyətlərin qarşılıqlı səfərləri və səmərəli dialoqlar təsirli olubdur.

O, həmkarlıqların genişləndirilməsində SOKAR-ın iranlı şirkətlərlə əlaqələrinə toxunaraq, deyib: Mövcud imkanlara əsasən, neft və qaz sahələrində ikitərəfli əməkdaşlıqların genişləndirilməsi zəmini yaranıbdır.

İranın neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hoseyn Zəmaniniya da bu görüşdə ikitərəfli əlaqələrin xüsusən energetika sahəsində genişlənməsi sahəsində mövcud olan imkanlara toxunaraq, əmin olduğunu bildiribdir ki, iki ölkənin neft və qaz sənayesi sahəsindəki həmkarlıqları qonşu ölkələrdə də əməkdaşlığın genişlənməsinə təkan verəcəkdir.

O, həmkarlıqların genişləndirilməsi üçün hazırlanmış proqramlaşdırmalara işarə edərək, söyləyib: Yaxın gələcəkdə İranda neft və qaz hasilatı artacaq və biz SOKAR-ın beynəlxalq layihələrin icrası sahəsindəki təcrübələrindən bəhrələnməyə maraqlıyıq.

Bu görüşdə habelə tərəflər iki ölkənin Fars Körfəzi və Xəzər dənizi daxil olmaqla neft və qaz sektorları üzrə əməkdaşlıqlarının genişləndirilməsilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Onlar mövcud imkanlar əsasında qarşılıqlı əməkdaşlıqların inkişaf etdirilməsini vurğulayıblar.

Qeyd edək ki, hazırda İranın NİKU neft-ticarət şirkəti iri Şahdəniz qaz yatağının inkişaf etdirilməsi layihəsində və Azərbaycan Respublikası qazının dünya bazarlarına çıxarılması üzrə Cənubi Qafqaz boru kəmərinin istismarında da on faizlik paylara malikdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button