ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İİR Ordusunun yüksək rütbəli hərbiçisi: Azərbaycan Respublikasını ölkəmizin can parası hesab edirik və strateji xəttimiz səbrli qarşılamadır

İİR-nın Ordusunun şimal-qərb regional qərargah komandanı deyib:

” Biz Azərbaycanı öz ölkəmizin bir parçası hesab edirik və İranın bu ölkəyə qarşı strateji səbrinin şahidi oluruq ” Ordunun Şimal-Qərb Regional Qərargahının komandanı müshibəsində deyib: Yaxın Şərq regionunda baş verən son hadisələr, Fars körfəzi ölkələrinin İran İslam Respublikası ilə sıx əməkdaşlığa can atması, eləcə də işğalçı İsrailin daxilinda yaranmış məhv edici böhranı , bir daha dünyaya İran İslam Respublikasının müqəddəs nizamının haqq cəbhəsində yer aldığını göstərdi.O, Qafqaz regionunun geosiyasi əhəmiyyətinə toxunaraq deyib: Bu bölgə İran İslam Respublikası üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bura xüsusi coğrafi üstünlüyə malikdir və şərq-qərb və şimal-cənub tranzit dəhlizləri yolunda yerləşmişdir, həmçinin İslam sivilizasiyası ilə Xristianlığın görüşdüyü həyati nöqtə kimi dəyərləndirilməlidir. Briqada generalı Hacılı daha sonra deyib: “Bu gün Ali Məqamlı Rəhbər Qafqaz regionunda baş verəcək hər hansı geosiyasi dəyişikliyi İran İslam Nizamının qırmızı xətti hesab edirsə, bütün bunlar, O həzrətin uzaqgörənliyi sayəsində bu regionun əhəmiyyətini nəzərə çatdırmasından xəbər verir.İran İslam Respublikasının nüfuzlu qələbəsi səkkiz illik müqəddəs müdafiə dövründə bütün dünyaya isbat etməsi heç kimə gizli olmadığını deyən cənab komandan bildirib ki : ” Bu gün düşmənlərimiz artıq İran İslam Respublikasının möhkəm iqtidar gücü ilə üzləşməyi arzulayırlar, çünki onlar bu İlahi qüdrəti keçirdiyimiz son 4 on illik də yaxşı başa düşüblər.”NZACA- nın şimal-qərb regional qərargahının komandiri sionist rejimin Azərbaycan ölkəsində ifa etdiyi təxribat və dağıdıcı roluna toxunaraq deyib: “Bədnam sionist rejiminin mənfur niyyəti iki müsəlman ölkəsini bir-birinə qarşı qoymaqdır və bu qarşıdurmadan yalnız İsrail rejimi bundan maksimum faydalanacaq” O daha sonra deyib: “Biz Azərbaycanı öz ölkəmizin can parası hesab edirik, bununla belə İran İslam Nizamı bu ölkəylə münasibətinin strateji xətt üzrə səbrlə davranış nümayiş etdirdiyini görürük” Cənab Komandan: “Şübhəsiz ki, İran İslam Respublikasında silahlı qüvvələrin hazırlığı qəddar düşmənlərimizə qarşı dəf edici sistem xarakteri daşıyır və düşmənlərin sərhədlərimizə yan baxa bilməməsi bunu deməyə əsas verir ki, silahlı qüvvələrimizin hazırlıq səviyyəsi ən yüksək həddədir” deyə çıxışının sonunda vurğulayıb.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button