ArxivXəbər lentiXəbərlər

İran Azərbaycan da daxil olmaqla 7 ölkə ilə viza rejimini sadələşdirib

İran yeddi ölkə ilə viza rejimini sadələşdirib. “Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri “Kayhan” qəzeti dərc edib.

Belə ki, İranın turizm sektorunun inkişafına təkan vermək məqsədi ilə qəbul edilən qərara əsasən, İrana səfər etmək istəyən Azərbaycan, Türkiyə, Gürcüstan, Livan, Misir, Suriya və Boliviya vətəndaşlarından turist vizası tələb olunmayacaq.

Bu ölkələrin vətəndaşları 15 gündən 90 günədək İranda vizasız qala biləcək.

Qəzetin məlumatına əsasən, rəsmi Tehran daha 60 ölkə ilə də bağlı oxşar addım atmağa hazırlaşır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button