ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

“II Qarabağ müharibəsindən 1 il 3 ay keçir, hələ də morqlarda naməlum cəsədlər var”

“Müharibədən 1 il 3 ay keçməsinə baxmayaraq, hələ də müxtəlif morqlarda saxlanılan tabutlarda naməlum cəsədlər və cəsəd qalıqları var”.

bunu Ermənistandakı “Hayastan” blokunun üzvü, hüquqşünas Robert Hayrapetyan bəyan edib.

O, Ermənistan hakimiyyətini 2020-ci iln payızında Qarabağda baş vermiş 44 günlük müharibədə itkin düşən hərbçilərin taleyinə aydınlıq gətirə bilməməkdə günahlandırıb.

Robert Hayrapetyanın sözlərinə görə, itkin düşənlərin valideynləri bir ildən çoxdur əsəb, stress içində əziyyət çəkir, dövlət orqanlarının qapılarında süründürülürlər.

Erməni hüquqşünas ordudakı vəziyyətdən də narazılıq edib. Bildirib ki, Azərbaycan Ordusu ilə bəzi üzbəüz mövqelərdə hərbçilər baxımsızlıqla üzləşirlər, bəzən isə əsgərlər intihar həddinə çatırlar:

“Bu günlərdə 21 yaşlı bir əsgərin intiharının qarşısı tağım komandiri tərəfindən alınıb”.

İrəvanda böyük əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyəti II Qarabağ müharibəsindən sonra gerçək itkilərini sayını gizlədib, ictimaiyyətə təhrif olunmuş rəqəmlər açıqlanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button