AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

İddia edilən Zəngəzur dəhlizinin İran üçün təhdidi – Təhlil+Xəritə

Qafqaz Həqiqətləri – Zəngəzur dəhlizi İranın tranzit yollarına maneəçilik yaratmaq və bu ölkənin iqtisadi maraqlarını zəifləndirmək üçün nəzərdə tutulmuş layihənin başlanğıcıdır. Sionistlər tərəfindən hazırlanmış bu layihə Azərbaycan Respublikası və Türkiyə vasitəsilə icra edilməkdədir!

2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında 44 günlük müharibəyə son qoyan Qarabağ atəşkəs bəyanatının imzalanmasından sonra Bakı rəsmiləri Ermənistanın cənub sərhəddində iki tərəf arasında razılaşmada yer alan Zəngəzur adlı dəhlizin yaradılmasından danışırlar.

Onlar atəşkəs bəyanatının 9-cu maddəsinə istinad edərək, Azərbaycan Respublikasını Naxçıvanla birləşdirən quru yolunun yaradılması haqqında razılaşmanın olduğunu iddia edirlər. Halbuki, Ermənistan 9-cu maddədə Azərbaycan Respublikası ilə Naxçıvan arasında qapalı nəqliyyat marşrutlarının açılmasına və onlarda nəqliyyat təhlükəsizliyini təmin etməyə razılıq verib. Bu layihə 2024-cü ilə qədər fəaliyyətə başlayacaq və nəqliyyat əlaqəsi üzrə nəzarəti rusiyalı qüvvələr həyata keçirəcək.

Buna əsasən, Azərbaycan Respublikası tərəfindən Zəngəzur dəhlizi yaradılması ilə bağlı açıqlamalar birtərəfli iddiadır və İranın Ermənistanla sərhədini çıxarmaqdan və Ermənistanın tranzit marşrutu ilə maliyyələşən İranın iqtisadi maraqlarına zərər vurmaqdan başqa heç bir məqsəd daşımır.

Türkiyə və Azərbaycan prezidentləri Ərdoğan və Əliyevin Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindəki bəyanatları da müxtəlif mesajlar verir ki, bu da onların Qafqaz regionunun gələcəyi ilə bağlı ciddi plan və hazırlıqlarını göstərir. Bu tədbirin ən mühüm cəhətləri arasında Türkiyənin Əliyevə hərtərəfli dəstək verməsi, irqi məqsədləri, türkdilli dövlətlərin Qafqaz regionunun işlərinə qarışmağa təşviq edilməsi və sairə işarə etmək olar.

Bəs Qafqaz məsələlərindən ayrı, bu dəhlizin yaradılmasının İran üçün əsas təhlükəsi nədir?

  1. Bununla bağlı ilk olaraq Böyük Britaniyanın NATO-dakı keçmiş nümayəndəsi Adam Tomsonun Zəngəzur dəhlizinin yaradılmasını NATO-nun Xəzər dənizi sahilində olmaq arzusunun reallaşması adlandıran məqaləsinə diqqət yetirək. O, İngiltərənin baş nazirini bu planı dəstəkləməyə çağırdı və bunu NATO-nun 15 illik layihəsində son addım adlandırdı. Tomson qeyd edir ki, Britaniya ABŞ və Avropa Birliyi ilə birlikdə Ermənistanı təşviq planları və sair addımlarla öz cənub sərhədlərindən çəkilməyə razı salmalıdır. O, məqaləsinin sonunda Zəngəzur dəhlizinin yaradılması qarşılığında Azərbaycan Respublikasının NATO-ya üzvlüyünün təsdiqlənməsinə toxunub. (Baxmayaraq ki, o, sonradan bu məqaləni inkar edib.)

NATO-nun İranla yeni qonşuluğu İran üçün yeni təhlükəsizlik problemləri yarada bilər. Bu, həm də Rusiyanın mühasirəyə alınmasına gətirib çıxaracaq. Ona görə də NATO Xəzər dənizi sahillərində yerləşdirilməsini özünün strateji məqsədlərinə uyğun görür. Həmin məsələ İran və Rusiya üçün ortaq təhlükədir ki, bu da iki ölkənin Qafqaz məsələlərində koordinasiyasını daha da vacibləşdirir.

Ona görə də Zəngəzur dəhlizi NATO üçün xoş mövzudur. Sözügedən dəhlizinin yaranması əvvəldə Rusiyanın marağında ola bilər, ancaq Türkiyə və NATO-nun Azərbaycan Respublikası ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxaracağından, onun növbəti addımı (hərbi bazanın yaradılması və…) Rusiyanın maraqlarına zidd olacaq.

  1. Zəngəzur dəhlizi üzdə İranla Ermənistan arasında quru əlaqəsinə maneə kimi görünmür. Amma bu, şübhəsiz ki, İranın Qafqaz regionunda iqtisadi maraqlarına ciddi təsir göstərir. Çünki İran üzərindən Azərbaycan Respublikasının və Naxçıvanın əlaqə yollarını zəiflədir, İranın Ermənistanla quru yol əlaqələrində xələl yaradır. Digər tərəfdən İranın Avropa ilə əlaqəsini Türkiyədən daha çox asılı vəziyyətə salacaq və bu asılılıq bir növ İranın siyasətlərini Türkiyə qarşısında zəiflədir.

  2. Zəngəzurun əhəmiyyətini artıran digər məsələ də budur ki, Azərbaycan Respublikası rəsmiləri Türkiyə və Rusiyadan əlavə, İraqla da müzakirələrini başlayıblar və İrandan yan keçmək planı qərb sərhədlərinə qədər davam edir. Bu marşrutun İraq sərhədinə qədər uzadılması ruslara da xoş gələcək, çünki hər iki tərəfin iqtisadi münasibətlərini gücləndirir.

Bu prosesin bütün tərəfləri ilə siyasi danışıqlar düyünləri açır. Ancaq belə görünür ki, İran bu mövzuda təkbaşına hərəkət etməlidir və Rusiyanın Azərbaycanda hərbi bazaların yaradılmasının qarşısını almaqdan başqa heç bir ortaqlığı olmayacaq.

Azərbaycan Respublikasının İran ərazisindən keçən Naxçıvanla rabitə yollarında xüsusi imtiyazlar nəzərə almaq, Ermənistanın cənubunda konsulluq və rəsmi nümayəndəlik təsis etmək, bu ölkə ilə münasibətlərin səviyyəsini artırmaq, İranın Qafqaz bölgəsində rolunu zəifləndirməyin qarşısını almaq üçün hərtərəfli planların həyata keçirilməsi və… İranın Qafqaz regionunda mikro və makro siyasətlərinin bir hissəsi ola bilər.

Qaynaq: Təhəvvolate-cahane-Eslam

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button