ArxivXəbər lentiXəbərlər

Həbsdə olan NİDA-çı Qiyas İbrahimovun atasına cinayət işi açılıb

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Həbsdə olan NİDA-çı Qiyas İbrahimovun ailə üzvünə cinayət işi başlanıb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

E.Sadıqov qeyd edib ki, ona AR Ədliyyə Nazirliyinin istintaq idarəsi tərəfindən CM-nin 289.2-ci maddəsilə (hakimə hörmətsizlik) cinayət işi başlanıb.

Həsən İbrahimovu cərimə, islah işləri və ya 6 ayadək azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qiyas İbrahimov beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınır.

O, ittihamları qəbul etmir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button