Xəbərlər

İcra başçısı Elmar Vəliyev torpaq satır

Heydərizmin və İlhamizmin hökm sürdüyü bir ölkədə belə hadisələrin müşahidə olunması normal haldır.

Azərbaycan adlı diyar tarixən geniş əraziyə malik olmuşdur.Lakin zaman-zaman əzəli yurdumuz olan vətənimiz xainlərin xəyanəti nəticəsində, hissə-hissə yağı düşmənlərə peşkəş verilmişdir.

Nəhayət, 20-ci əsrin sonlarında sapı özümüzdən olan baltaların fəailiyyətləri nəticəsində, ərazimizin 20% gözəl Qarabağıda əbədi düşmənlərimiz ermənilərə, şəhidlərin və qəhraman igidlərimizin qanı bahasına satıldı.

Torpaları satmaq demişkən elə bu günlərdə də adı və soyadı azəri,əməli erməni xislətli məmurlar da xalqın,millətin mülkü torpaqlarını öz şəxsi mənfəətlərindən ötrü hərraca qoymuşlar.Gülünc bir haldır ki, hər hansı bir rayon və şəhərə yenicə təyin olunan icra hakimiyyəti başçısı xalqın əsas problemleri ilə maraqlanmağı bir kənara qoyub, qollarını çirməyərək keçir torpaq alverinə.

Şəhər və rayonlarda başdan-ayağa gözünə harda boş sahə sataşdısa, öz ata-baba malıymış kimi çıxarır satışa.Hələ bunlar azmış kimi insanların neçə illərlə yaşadıqları və əkin-biçin üçün istifadə etdikləri halal mülklərinidə zor gücünə hərraca qoyurlar.Əlbəttə, Heydərizmin və İlhamizmin hökm sürdüyü bir ölkədə belə hadisələrin müşahidə olunması normal haldır.Axı necə olmalıydı ki, bizki diktatura buxovlarında əsarət halında yaşamırıqmı?Elə Qarabağda bu rejimin hakimiyyət sevdasının qurbanı olmadımı?Belə quruluşunda Elmar Vəliyev kimi də hakimləri olacaqdır.Sadəcə Elmar Vəliyevi silahdaşlarından fərqləndirən isə onun daha çox harınlamasıdır.Azərbaycanda çox gülməli bir vəziyyət yaranıb ki, bu atmosferə bişmiş toyuq əgər dirilsəydi, gülməkdən ağlayardı.Əvvəlcə Rasim Daşdəmirov satır, Eyvaz Babayev xalqın əlindən alır onu Eldar Əzizova ötürür, Eldar Əzizovda bir başqalarının haqqını yeyərək cibini doldurduqdan sonra, başqa şəhərə göndərilir əvəzində Elmar Vəliyev kürsüdə əyləşdirilir.3 il ərzində təkcə Elmar Vəliyevin “Qanunsuzdur! Sənədi yoxdur! deyib, gəncəlilərin əllərindən hədə-qorxu ilə aldığı torpaqların məbləğinin sayı, milyonlarla manat civarındadır.

Son günlərdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev tapşırıq verib ki, Gəncədə nə qədər boş sahələr varsa, hamısı yüksək məbləğlərlə satışa çıxarılsın.Bu qərarı fürsət bilən işbazlar isə başlayıblar meydanda əl-ayaq etməyə.Qarşılarına çıxan nə qədər torpaq sahələri varsa, ağına-bozuna baxmadan buldozerlər vasitəsilə şumladıb, öz mülkləriymiş kimi rəftar edərək çəpərləməyə alıblar.

Bu torpaqların əksəriyyəti isə vətəndaşların bağ sahələri və yaşayış üçün dişindən-dırnağından ayıraraq aldıqları torpaq sahələridir.Vətəndaşlar bu cür torpaqları sabiq icra başçısının dövründə, baha qiymətlərlə bələdiyyələrdən alıblar.İndi də Elmar Vəliyevin əmri ilə sənədi yoxdur və ya saxtadır, bəhanəsi ilə insanlardan alınraq, ya başqalarına yaxud da elə həmin şəxslərin yenidən özlərinə satılır.

İki-üç gün öncə İcra hakimiyyəti və torpaq şöbəsinin nümayəndələri “Poçt” qəsəbəsi”Sevinc” qəsəbəsi və ona bitişik ərazidə yerləşən “Gəj” zavodu yaxınlığındakı sakinlərə neçə illərlə məxsus torpaqları müsadirə edərək, satışa çıxardılar.

Sakinlərin haqlı narazılıqlarına və etirazlarına baxmayaraq, yalnız bir söz deyirdilər.Sənədini göstər.Bir çoxları da bələdiyyənin onlara verdiyi sənədləri göstərsədə, bu sənəd saxtadır, sizi aldadıblar deyib məsələni bir dəfəlik bağlayırdılar.Vətəndaşlardan bir çoxu İlham Əliyevə və Mehriban Əliyevaya şikayət edəcəyəm! demələrinə belə məhəl qoymurdular.

Görünür ki, ağaları barəsində çox rahatdırlar, elə su başdan bulanıbmış.İndi o şəxslərdən soruşmaq lazımdır ki, bu torpaqlar həmçinin də sənədlər, torpaqlar Eldar Əzizov və başqalarının zamanında insanlara verilməmişdirmi? Əgər saxtadırsa kimdir müqəssir? hökümət, bələdiyyə, icra başçısı yoxsa, sakinlər!Görəsən gündə inkişafdan, demokratiyadan dəm vuran İlham Əliyev və onun nümayəndələri hara baxırdılarölkədə bu qanunsuzluqlar ba verəndə?

Elmar Vəliyevə dövlətə məxsus torpaqları satmağa kim icazə verib?Əgər Elmar Vəliyevdə bir başqası ilə sabah əvəzlənsə, yenidən əhaliyə satılan evlərin və torpaqların taleyi necə olacaq?Bu nə hökümətdir? Sanki, (xalqla siçan-pişik oyunu) oynayır.Bəs deyilmi 20%-i satıb hakimiyyətə gəlməyiniz? Yoxsa, xalqı bezdirib buralardan qovmaq əvəzində, kürdləri yerləşdirmək istəyirsiz.Belə halları müşahidə etdikdə bir şey məlum olur ki, bizə erməni lazım deyil, 20 illik öz ermənilərimiz bəs edər milləti əzməyə, dinc əhalini məhv etməyə!

islamtimes.org/az/ 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button