AktualAktualArxivIslamXəbər lentiXəbərlər

İçərişəhər “Cümə” məscidinin dini icması ayətullah Məhdəvi Kəninin vəfatı münasibətilə mərasim keçirdi

11 Zilhiccə 1435-ci il – 7 sentyabr 2014-cü il. Vilayət səmasının 8-ci ulduzu olan İmam Rzanın (ə) xuddamları (xidmətçiləri) onun görüşünə, onun ziyarətinə gəlib. Aləmin zəvvarlarına xidmət edən xuddamlar, özləri bu dəfə zəvvar idilər. Həm özlərinin, həm də ziyarətinə gəldikləri cənabın ağasının, mövlasının adından gəlmişdilər. Gələrkən əliboş gəlməmiş, alim üçün son nəfəsinədək sevə-sevə xidmət etdiyi İmamın (ə) müqəddəs bayrağını gətirmişdilər. O bayraq ki, onun aşiqi idi. O bayraq ki, həyatına nur qatmış, ömrünə bərəkət vermişdi.

***

4 ay idi ki, hərəkətsiz halda uzanmışdı. Amma o gün,  yalnız o gün bu sükunətini pozdu. Yalnız o gün həmin an gerçək aşiqi olduğu İmamının (ə) əziz xuddamlarının dilindən İmam Rzanın (ə) məxsusi ziyarətini eşidəndə, 4 ay qapalı saxladığı mübarək gözlərini açdı. Bir müddət dinlədi, ardınca nurani gözlərinin “Kövsər bulağı”ndan 2 damcı süzüldü. Aşiq Məşuquna qovuşmaqda idi.

 ***

25 Zilhiccə 1435-ci il – 21 oktyabr 2014-cü il. İslam aləmi ağır itki ilə səhəri açır. Daha bir vilayət aşiqi, əxlaq ustadı, fəqih və abidin mübarək ruhu mələkut aləminə pərvaz edir. 5 aylıq komadan sonra Ayətullah Məhəmməd Rza Məhdəvi Kəni həkim nəzarətində olduğu Rəcai xəstəxanasında 83 yaşında gözlərini fani dünyaya yumdu. Bu ağır itki müsəlman dünyasının bütün qədirbilən insanlarını dərin hüzn və kədərə qərq etdi.

 ***

Bu münasibətlə İçərişəhər “Cümə” məscidinin dini icması əzadarlıq mərasimi keçirilib. Mərasim “Təvəssül” duasının oxunuşu ilə başlayıb. Ardınca möminlər qarşısında xütbə söyləyən İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu möminlərə ağır itki münasibətilə başsağlığı verib, Ayətullah Məhdəvi Kəni cənablarının yaxın tariximizdə İslamın inkişafındakı xidmətlərindən, onun mənəvi durumundan və şəxsi keyfiyyətlərindən söz açmışdır. Daha sonra

 Alim öldü, aləm öldü,

Alim öldü, aləm öldü.

Ümmətin başı sağ olsun,

Ayətullah Kəni öldü

 nidaları altında əzadarlıq mərasimi keçirilib. Mərasimin sonunda dular edilib, ayətullah Məhdəvi Kəni cənablarının və digər dünyasını dəyişmiş əziz İslam aləmlərinin ruhuna salavatlar deyilib, ruhlarına dualar oxundu.

Ağır itki ilə əlaqədar İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu tərəfindən bəyanat yayılıb. Bu ağır itki münasibətilə bütün iman əhlinə dərin hüznlə başsağlı verilən təsliyyət mətnində deyilir: ““İnna lillah və inna ileyhi raciun» – «Həqiqətən, biz hamımız Allahdanıq və qayıdış Ona doğrudur». Böyük ustad Ayətullah Məhdəvi Kəni Xubrəqan Məclisinin təsisçisi və qurucularından biri olub. Bərəkətli ömrü ərzində böyük ustad misilsiz irs qoymuş, İslam əxlaqi sahəsində dəyərli əsərlər yaratmışdır”.

 ALLAH RƏHMƏT ELƏSİN!

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button