sadi Əməkdaşlıq Təşkilatının baş katibi deyib: Ərdəbil mövcud imkanlarına görə bu təşkilata üzv ölkələrin 2023-cü ildə turizm paytaxtı seçilib.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Xosrov Naziri Ərdəbil vilayətinin Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Baş İdarəsinin müvəqqəti sədri ilə görüşdə əlavə edib ki, bir şəhərin İƏT-in turizm paytaxtı seçilməsində məqsəd İƏT üzvlərinin turizm şəhərlərinin bu imkanlardan istifadə etmək və turizmi inkişaf etdirməkdir.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm nazirləri bu ölkələr arasında müştərək turizmi inkişaf etdirmək məqsədilə 2019-cu ilin oktyabrında Tacikistanın Xocənd şəhərində keçirilən toplantıda Ərdəbili 2023-cü il üçün turizm paytaxtı seçiblər.
Hündür, küləkli yaylada uzanan Ərdəbil zəngin təbii gözəllikləri, qonaqpərvər insanları, ipək və xalça ticarəti ənənələri ilə məşhurdur. Burada həm də YUNESKO-da qeydiyyatdan keçmiş Şeyx Səfi əd-Din Xanəgahı yerləşir.
Qışda şaxtalı, yayda mülayim olan əyalət hər il minlərlə insanı özünə cəlb edir. Ərdəbil şəhəri adətən qışda ölkənin ən soyuq şəhərlərindən biri kimi qeydə alınır.