ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hüquq müdafiəçiləri Avropa ölkələrinin diplomatları ilə görüşdülər

“Müdafiə Xətti” İnsan Haqları Təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbər Avropa İttifaqının üzv olan ölkələrin Bakıdakı səfirliklərinin nümayəndəlikləri ilə görüş keçiriblər. Hüquq müdafiəçisi Rüfət Səfərov bu barədə sosial media üzərindən paylaşım edib. O paylaşımda yazıb:
“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbərlə birgə Avropa İttifaqına üzv olan ölkələrin Bakıdakı səfirliklərinin nümayəndələri ilə geniş tərkibdə görüşümüz oldu.
Görüşdə ölkədəki insan haqlarının cari durumu, xüsusilə, Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun qanunsuz həbsi, həmçinin bir neçə gün əvvəl Gürcüstana girişi heç bir səbəb göstərilmədən əngəllənən AXCP sədrinin müavini Seymur Hezinin məsələsi əsas müzakirə mövzusu oldu”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button