ArxivXəbər lentiXəbərlər

QAT həbs olunan iki üzvünə görə müraciət etdi

Qarabağ Azadlıq Təşkilatının Tərtərdə yaşayan iki üzvü – Zülfüqar İbrahimov və Vüqar Əliyev bu gün səhər qondarma ittihamla həbs olunublar. QAT sədri Akif Nağı bu işin tam ədalətsizlik olduğunu və bununla bağlı Daxili İşlər Naziri Ramil Usubova və Bas prokuror Zakir Qaralova müraciət etdiklərini FaktXəbər-ə bildirib.Müraciətdə göstərilir:
Qarabağ Azadlıq Təşkilatının üzvləri İbrahimov Zülfüqar Davud oğlu və Əliyev Vüqar Sabir oğlu bu gün səhər Tərtər şəhərində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən öz evlərində həbs ediliblər. Müəmmalı şəraitdə və şahidlərin iştirakı olmadan onların evlərində axtarış aparıb, Zülfüqar İbrahimovun evindən odlu silah, Vüqar Əliyevin evindən isə 2 ədəd patron “tapılıb”. Tam məsuliyyətlə Sizə bildirirəm ki, bu, qurama bir işdir, rayon səviyyəsində hansısa məmurun intriqası və qərəzindən başqa bir şey deyildir. Zülfüqar İbrahimov və Vüqar Əliyev nümunəvi, qanuna tabe olan vətəndaşlardır, heç bir qrupla əlaqələri yoxdur, heç vaxt heç bir yabancı və zərərli təbliğatla məşğul olmayıblar.
Hesab edirik ki, bu yanlışlıq və ədalətsizlik dərhal aradan qaldırılmalıdır. Hansısa məmurun bu cür qərəzli hərəkəti hakimiyyətin imicinə də zərbə vurur, cəmiyyətdə, xüsusilə də cəbhəyanı ərazilərdə mənəvi-psixoloji duruma mənfi təsir göstərir.
Xahiş edirik ki, bu məsələyə dərhal müdaxilə edəsiniz, iki Azərbaycan vətəndaşına qarşı ədalətsizliyə imkan verməyəsiniz, haqq-ədalətin bərpa olunmasına yardım edəsiniz.

QAT Mətbuat Xidməti
10 mart 2015

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button