ArxivXəbər lentiXəbərlər

İranlı gənclərdən dünyaya örnək addım

Təbrizdə azərbaycanlı gəlin və bəy toy üçün pul xərcləməkdən imtina ediblər.

Qafqaz.ir-ın verdiyi xəbərə görə, bu barədə “Nasr” agentliyi yazıb.

Agentlik yazır ki, təbrizli cütlük toyları üçün topladıqları pul vəsaitini yaşıllaşma işinə xərcləyiblər. Belə ki, cütlük toyxərcinə 400 ağac tingi alıb əkiblər. Toylarını yaşıllıq salmaqla qeyd edən cütlük bu əməlin ənənəyə çevrilməsini arzuladıqlarını bildirib: “Çalışdıq ki, xərcləyəcəyimiz pulun təsiri qalıcı olsun və bir gecə ilə aradan getməsin. Toy mərasimi üçün yüksək məbləğdə pul xərcləmək həyata və xoşbəxtliyə heç bir təsir etmir.

Babək Cəfərov adlı şəxsin şəkli.

Bəzi adət-ənənəyə görə, ailələrə şamil olunan lazımsız xərclər hətta başlanğıcda ailə həyatına ziyan da vura bilər. Toy mərasimində iştirak edəcək qonaqların siyahısını hazırlayaraq xərclənəcək vəsaitin məbləğini hesabladıq. Sonra bələdiyyədən icazə alıb, onun mütəxəssisləri ilə məsləhətləşdik. Hər ağac tingini 18 min tümənə aldıq. Artıq onlardan 400-nü iyunun 25-də, qalan 400 tingi isə Ağac Günündə əkdik”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button