ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hizbullah: İslam İnqilabının sayəsində sionistlərdən qorxmağın mənası yoxdur

Qafqaz.ir xəbər verir ki, Livan Hizbullah hərəkatının siyasi şurasının rəhbəri İbrahim Əmin Əl-Seyyid cümə axşamı vurğulayıb ki, bu hərəkat fərdi haldan qrup halına çevrildiyi üçün ideal vəziyyətdədir.

Hizbullahın addımlarının bir qrup şəklində olduğunu və bu səbəbdən bölgədə bir nümunəyə çevrildiyini bildirən Əl-Seyyid, Hizbullah liderlərinin fədakarlıq üçün ön cəbhədə olduqlarını, iman, səmimiyyət, saflıq və ləyaqətlə düşmənlərlə qarşı-qarşıya qala biləcəklərini deyib.

İranda inqilabın qələbəsinin fikri, ruhi və mənəvi dəyişikliklərə səbəb olduğunu bildirən bu Hizbullah rəsmisi deyib: “İnqilab ümid mənbəyi oldu və sionistlərin hücumundan qorxunu mənasız etdi.”

O, sionist rejimi region üçün böyük bir problem kimi xarakterizə edərək vurğulayıb: “Bu gün dünya ciddi dəyişikliklərin şahididir. Bəzi ölkələr və cəmiyyətlər böyüməkdə, bəziləri isə zəifləməkdədir. Livan da müqavimətin sayəsində önəmli ölkələr sırasındadır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button