ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hersoq: “İsrail gözlərimizin önündə dağılır”

Sionist rejim başçısı deyib ki, bu rejim onun gözləri qarşısında dağılmaqdadır.

Qafqaz.ir-nin məlumatına əsasən, burada baş verənlər əsl fəlakət və kabusdur- deyə İsaak Hertzoq bildirib.

İşğal olunmuş ərazilərdəki etirazlara toxunan Hertzoq qeyd edib ki, İsrail rejimi gedər-gəlməz bir nöqtənin astanasındadır.

Məhkəmə islahatları layihəsi yanlışdır və tam şəkildə ləğv edilməlidir- deyə, o, bildirib.

Sionist rejim başçısı sonra deyib: Mən təslim olmayacağam. Həll yolu tapmaq üçün hər hansı xərci ödəyəcəyəm. Fürsətimiz azdır.

Hertzoq qeyd edib ki, sionist rejim parlamentində- knessetdə araşdırılmaqda olan məhkəmə islahatları layihəsi hamının razılaşacağı başqa bir layihə ilə əvəz olunmalıdır.

Hakim siyasi təbəqəyə xitab edən Hertzoq deyib: Əgər indiyədək getdiyiniz yolu davam etdirsəniz, çaxnaşma ilə üzləşəcəksiniz. Belə olan halda, tarix sizi bağışlamayacaq. Buna görə, özünüzə gəlib, elə indi məsuliyyət qəbul edin.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button