ArxivXəbər lentiXəbərlər

Azərbaycanın İrandakı səfiri: İki ölkə arasında elektron viza tətbiq edilsin

Azərbaycanın İrandakı yeni səfiri iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq üçün İran və Azərbaycan arasında elektron viza sisteminin tətbiq edilməsini zəruri etdiyini bildirib.

Bünyad Hüseynov çərşənbə günü İran-Azərbaycan birgə iqtisadiyyat komissiyasının iranlı həmsədri Mahmud Vaizi ilə görüşdə deyib: Azərbaycan vətəndaşları müalicə və ziyarət məqsədi ilə İrana səfər etməyə böyük maraq göstərirlər.

B.Hüseynov daha sonra deyib: İki ölkə xalqları və dövlətləri arasındakı əlaqələrə müsbət təsir göstərmək üçün bir çox müştərək layihələr və proqramlar mövcuddur. İcra edilməsi ilə Tehran-Bakı əlaqələrində onların təsirini müşahidə etmək olar.

İran-Azərbaycan birgə iqtisadiyyat komissiyasının iranlı həmsədri də bu görüşdə il ərzində bir milyondan çox Azərbaycan vətəndaşının İrana səfər etməsinə işarə edərək, bunu iki ölkə əlaqələrinin möhkəmləndirilməsi üçün böyük bir potensial adlandırıb və deyib: Hər bir Azərbaycan vətəndaşı İran üçün bir səfir hesab olunur. Buna görə də, onlar üçün elə səfər şəraiti yaradılmalıdır ki, geri döndükləri zaman xoş xatirələrlə qayıtsınlar.

Vaizi həmçinin deyib: Tehran Azərbaycan vətəndaşlarının İranda sərmayə qoyuluşu sahəsindəki fəaliyyətlərini müsbət qarşılayır və Azərbaycanın özəl sektorunun İranda fəaliyyət göstərməsinə lazimi şərait yaratmağa hazırdır.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button