ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hakimiyyətin siyasi imicinə vurduğu növbəti ləkə

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Əvəz Zeynallı və Elçin Sadəqovun həbsinə etiraz edən bəyanat yayıb. Sosial media üzərindən edilən paylaşımda deyilir:
Ölkədə xalqını, millətini sevənlərin təzyiq, təqib və qətlinə imza atan hakimiyyətin vicdanlı vəkil Elçin Sadıqov və mübariz həqiqət carçısı Əvəz Zeynallıya qarşı atdığı iyrənc addım gerçəkdən də bu ölkənin siyasi məhzərəsinin tam təqdimatıdır. Rejim təkqütblü formaya saldığı Azərbaycanı öz diktəsi altında polis əsarəti, məhkəmə göstərişi ilə elə bir vəziyyətə gətirib ki, sözün əsl mənasında analoqu olmayan bir tənəzzülə sürüklənirik. Bunun qarşısı alınmayacağı halda dövlət olaraq Azərbaycan kimliyinin sual altına düşəcəyi şübhəsizdir.
Biz, bütün vicdanlı şəxsləri, siyasi qüvvələri birləşərək ləyaqətli insanların hakimiyyət tərəfindən əzilməsinin qarşısını almağa çağırırıq.
Tale Bağırzadə.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button