ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hacı Tale Bağırzadə zəlzələ qurbanlarını andı

Böyük insan tələfatı və dağıntıya səbəb olan zəlzələnin özündən sonrakı mənzərəsi çox üzücüdür. Türkiyə və Suriya xalqının yaşadığı bu acılar həqiqətən də dəhşətdir. Böyük sayda insan itkisi ilə müşayiət olunan hadisənin gecə yarısı baş verməsi bu rəqəmlərin sürətli artacağını söyləməyə əsas verir. Xüsusi olaraq Türkiyənin hal-hazırkı vəziyyətində ölü, yaralı və dağıntılar altında qalan saysız vətəndaşı zəlzələnin əsas nöqtəsi olaraq bu ölkənin itkilərində əhəmiyyətli dəyişikliyi vəd edir.
Bu böyük müsibətdə hər iki xalqın acısını anlayır, dərdlərini bölüşürük. Bundan öncə də yaşanan bir çox hadisələri baş ucalığı, səbrlə adlayan bu xalqların mövcud faciədə də eyni mücadilə göstərərək onu adlayacağına ümid edirik. Allahdan bu hadisədə dünyasını dəyişənlərə rəhmət, yaralılara şəfa diləyirik. Düynanın birlik və bərabərliyi, faciə yaşayan xalqların səbr və mücadiləsi Allahın izni ilə bu hadisəni də adlamağa kömək edər. Allah hər iki xalqın yardımçısı olsun.
Müsəlman Birliyi Hərəkatının Lideri
Hacı Tale Bağırzadə
10 Fevral 2023-cü il.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button