AktualAktualArxivXəbər lentiXəbərlər

Hacı Tale Bağırov da karserə salındı

Tanınmış mübariz ruhani, vicdan məhbusu Hacı Tale Bağırov 12 saylı Cəza Çəkmə Müəssisəsində karsa salınıb. İlahiyyatçının hansı səbəb üzündən kars salınması isə bilinmir. Bu barədə onunn yaxınları məlumat veriblər. 

 
Vəkil Cavad Cavadov bildirib ki, bu barədə onda hər hansı bir məlumat yoxdur: “Yəqin ki, yalnız birinci gün Hacı Tale Bağırov ilə yanına gedə biləcəm. Çünki bu gün artıq getsəm gec olar. Sabah və bazar günü qeyri-iş günü olduğundan yalnız bazar ertəsi Tale Bağırovun yanına gedə biləcəm.”
 
Qeyd edək ki, məsələ ilə bağlı Penitensiar Xidmətin Mətbuat xidməti ilə əlaqə saxlamağa lüzum görmədik. Səbəb isə bundan öncə də eyni məsələ ilə bağlı bir neçə dəfə Penitensiar Xidmətlə əlaqə saxlamaq cəhdlərimizin uğursuz olması ilə bağlı idi. Belə ki, qurumdan bildirmişdilər ki, qanunvericiliklə hər hansı bir məhbusun intizam cəzasına cəlb olunması ilə bağlı məlumat yalnız onun yaxınlarına verilə bilər. Bu barədə mediaya açıqlama vermək səlahiyyətimiz yoxdur.  
 
Onu da xatırladaq ki, hazırda həbsdə olan digər ilahiyyatçı alimlər AİP lideri Mövsüm Səmədov və mübariz ruhani Abgül Süleymanov da neçə gündür ki, karserdədilər. Ölkədə ictimaiyyəti ruhanilərlə bağlı baş verənləri sırf siyasi sifariş hesab edirlər./AzadXeber.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button