ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Cəmil Həsənli: İqtidar Sovet İttifaqının yolu ilə gedir

Cəmil Həsənli Azərbaycan Respublikası prezidentinin son açıqlamasına reaksiya olaraq öz feysbuk səhifəsində yazıb: “Ölkənin quru sərhədləri 4 ildən artıqdır ki, qapalıdır. Vətəndaşların hərəkət azadlığı məhdudlaşdırılıb, əslində isə qadağan edilib. Vaxtı ilə Sovet İttifaqı da təhlükəsizliyini bütün sərhədlərin qapalı saxlaması hesabına “təmin” edirdi. Həttə bütn sərhəd boyunca səsboğucu stansiyalar da qurmuşdu ki, azad dünyadan nəinki adamlar, heç yad “səslər” də Sovet sərhədlərin keçə bilməsin”.
Müxalifət lideri əlavə edib: “İndiyə qədər quru sərhədlərin qapalı saxlanması olmayan Covid-19 təhlükəsi ilə izah edilib. Deməli hökumət xalqa yalan danışıb, milləti aldadıb. Covidə istinad edib quru sərhədləri qapadıblar. Guya ölkənin təhlükəsizliyinə təhdid yaradanlar təyyarə ilə gələ bilməzdilər”.
Cəmil Həsənli sonra yazıb: “Bu, millətin konstitusyon azadlığını, azad hərəkət hüququnu, sərhədyanı bölgədə yaşayanların dolanışıq imkanları əvvəlcə olmayan Covid, indi də ortaya atılan saxta təhlükəsizlik iddiası ilə məhdudlaşdırmaq, avtoritar inzibatı, totalitar diktatura üsulları ilə qapatmaqdır. Dörd ildir ölkənin quru sərhədləri qapalıdır. Televiziyalara çıxardıqları istənilən narkotika alverçisi tiryəki, heroini İran vətəndaşından aldığını bəyan edir. Axı quru sərhədlər bağlı olduğu halda bu İran vətəndaşları narkotikanı hansı yolla Azərbaycana gətirir. Quru sərhədlərin qapalı saxlamasının bədəlini millət ödəyir, səfasını Əliyev ailəsi görür, onların zəli kimi bu millətin qursağından yağ çəkən ailə şirkətləri görür. Necə olur ki, karantin şəraitində, quru sərhədlərin qapalı saxlandığı son illərdə xalq yoxsullaşır, Əliyev ailəsi zənginləşir, ailə şirkətləri gül vurur. Bu “təhlükəsizlik” nağılını danışanda gərək cənab İlham Əliyev unutmasın ki, onun məzlumlaşdırdığı millət çətinliklə tapdığı, daşdan çıxardığı çörəyi qulağına yemir”, – deyə Milli Şuranın sədri vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button