ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı İlqar İbrahimoğlu: “Avropa Məhkəməsinin qərarı islamafobik prosesə imkan yaradır”

Avropa Məhkəməsi bu yaxınlarda iş yerlərində hicab qadağasının tətbiq edilməsinə icazə verib.

Qafqaz.ir  xəbər verir ki, bu qərara ilk etiraz edən ölkələrdən biri Türkiyə olub və Avropa Məhkəməsinə etiraz edib.

Məsələ ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri hacı İlqar İbrahimoğlu Giperssilka.ru-ya açıqlamasında bildirib ki, Türkiyənin də bu qərarı pisləməsi müsbət haldır, çünki bu qərar islamafobik prosesə imkan yaradır:

“Hələlik məhkəmənin qərarının mətni ilə tanış deyilik. Yəqin ki, mətnlə tanış olandan sonra onunla bağlı dəqiq hüquqi ekspertiza aparıla bilər. O zaman qərarın boşluqları tam mənada üzə çıxa bilər”.

Hacı İlqar sözlərinə əlavə edib ki, ehtimal vəziyyətində olsa belə, islamafobik prosesə şərait yaradan qərarların qarşısında dayanmaq lazımdır:

“Düşünürəm ki, bu qərarın verilməsində Avropa Məhkəməsi faktiki olaraq bu və ya digər formada islamafobik yanaşmanın yaşanması üçün müəyyən bir zəmin yaratmış olub. Bu çox yanlışdır və onsuz da mürəkkəbləşən dünyada pis bir tendensiyadır. Həm insan haqlarını düşünənlər, həm İslam dünyası bu qərarı pisləməlidir. Bu, Avropa Məhkəməsinin faktiki olaraq özünün iddia etdiyi dəyərlərə ziddiyət təşkil edən bir qərardır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button