AktualAktualArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı İlham Əliyev ciddi rejimli kameraya köçürülüb

Qafqaz.ir  xəbər verir ki, Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi ruhani Hacı İlham Əliyevin 12 saylı cəza çəkmə müəssisəsində 15 günlük karantin rejimi başa çatıb.

Karantin rejimi bitdikdən sonra Hacı İlham Əliyev 1 ay müddətinə ciddi rejimli kameraya köçürülüb. Onun 1 aydan sonra qapalı tipli cəzaçəkmə müəssisənə köçürüləcəyi bildirilir.

Məsələ ilə bağlı Hacı İlham Əliyevin vəkili Cavad Cavadov saytımıza bildirib ki, onlara da bu barədə xəbər çatıb, lakin rəsmi açıqlama verilməyib:

“Ümid edirik ki, bu addım ondan əvvəlki məhbuslara aid olunan presedent kimi təkrarlanmaz. Hansı ki, daha əvvəl bir neçə məhbusu müvəqqəti islah adı altında Qobustan həbsxanasına köçürüblər, lakin həmin məhbuslar orada davamlı qalıblar. Ümid edirik ki, Hacı İlham üçün bu vəziyyət təkrarlanmaz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button