ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycanın hərbi qulluqçusu şəhid olmayıb, intihar edib

nazirlik bildirir ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub.

İlkin araşdırmalardan aydın olub ki, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyi bildirir ki, bəzi KİV-lər həqiqəti kobud şəkildə təhrif edərək ictimaiyyəti çaşdırır və bununla da düşmənin maraqlarına xidmət etmiş olur.

Qeyd edək ki, Azərbaycan Respublikası Ordusunda intihar hallarının çoxalması cəmiyyətdə narahatlıq doğurmağa başlayıb. Xüsusilə də ona görə ki, intihar edənlər təkcə əsgərlər deyil. İyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Orxan Əhmədovun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

Bundan əlavə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun rabitə rəisi polkovnik İlham Seyidov da intihar edib. Bildirilir ki, polkovnik İlham Seyidov avqustun əvvəllərində ordudan tərxis olumaq üçün raport yazıb. Ancaq onu tərxis etməyiblər. Polkovnik bu səbəbdən məhkəməyə müraciət edib. Daha sonra onun 13-14-cü maaşını kəsib, yoxlama keçirib, cərimə yazıblar. Məhkəmə isə polkovnik İlham Seyidovun xeyrinə qərar vermədiyi üçün intihar edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button