ArxivXəbər lentiXəbərlər

Gürcüstanın Marneuli Şəhərində “Qədir-xum” bayramı keçirildi ( Fotolar)

Bu gün Gürcüstan Əhli-Bet (ə) Cəmiyyətinin və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqlər Forumu ilə “Zeynəb” Qadınlar Təşkilatının birgə təşkilatçılığı ilə Marneuli Mədəniyyət Evində səadətli Qədir-Xum bayramı münasibəti ilə bayram tədbiri keçirilib.

Qare Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan bayram mərasimin aparıcısı Elçin Daşdanzadə mərasim iştirakçılarını bu mühüm gün münasibəti ilə təbrik etmiş və Mina faciəsi ilə bağlı Səudiyyə idarəçiliyini tənqid etmişdir.

Sonra təbrik üçün söz İran İslam Respublikasının Gürcüstandakı səfiri cənab Abbasa verilmişdir. Cənab səfir də öz növbəsində bayram münasibəti ilə təbrikdən sonra Qədir-Xum haqqında Rəhbərin sözlərini xatırladaraq demişdir: “Qədir-Xum avamın Kərbəlası, Kərbəla isə havassın Qədir-Xumudur”.
Sonra Bakıdan təşrif buyurmuş Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi İmam Əli (ə)-a ithaf olunmuş şeir oxuyub.

Bundan sonra söz Türkiyədən dəvət olunmuş Əhli-Beyt (ə) Alimləri Dərnəyinin baş katibi ilahiyyatçı alim, təhqiqatçı-publisist Qədir Ağaraza verilmişdir. Dəyərli alim ilk öncə Qədir-Xum haqqında qısa məlumat vermiş və Qədir-Xumun fəlsəfəsindən danışmışdır.

İlahiyyatçı-alim bildirmişdir ki, bəzilərinin dediyi kimi vəli dost deyil, sahib mənasındadır. Alim vurğulamışdır ki, Peyğəmbər zamanında bir-birinə mehriban olan və səfa-səmimiyyət içində yaşayan ümmət 25 il haqqın susması nəticəsində bir-birinə düşmən kəsildi.

Bundan sonra başqa bir məsələyə diqqət çəkən alim demişdir ki, iddia edildiyinin əksinə olaraq İmam Əli (ə) Qədir-Xum haqqında dəfələrlə danışmışdır ki, buna misal olaraq “Nəhcül-Bəlağə” kitabında yer alan “Qədiriyyə” xütbəsini göstərmək olar.

Məclis Əhli-Beyt (ə) məddahının Əhli-Beyt (ə)-ın şəninə ifa etdiyi ilahilərlə davam etmişdir və “Fərəc” duasının oxunması ilə başa çatmışdır.

ahlibeyt.ge

Mgeo.ge

Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm
Marneulidə möhtəşəm

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button