ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hacı Cəlal Şəfiyev: “Biz unutmamalıyıq ki, ölkənin böyük əksəriyyəti 12 İmam tərəfdarıdır”

Ruhani Hacı Cəlal Şəfiyev dini şüarın səslənilməməsi ilə bağlı qondarma iddialara öz münasibətini bildirib:
“Ata və babalarımız, bizdən əvvəl olanlar da Əhli-beyt (ə) eşqi ilə yaşayıb və dini inanclarını qoruyub saxlayıblar. Bugünki bu məsələlər gündəmə gəlir, təəccüblə qarşılanır, sanki İmam Hüseyn (ə) adının çəkilməsi bu ölkədə ilk dəfədir səslənir. Bu təzə mövzu deyil, həmişə olub, həmişə də olacaqdır.
Buna diqqət etməliyik ki, əhalinin əksəriyyəti elə başa düşür ki, dəfn mərasmində səslənilən şüarlar, sözlər dünyaya aiddir, digər tədbirlər kimi zahirən riayət olunmalı bir məsələdir. Xeyir, bu belə deyil!
Biz müsəlman olaraq Allaha inanc gətirmişik və dünyanın müvəqqəti olduğuna, ölümdən sonra həyat olduğuna inanc gətirmişik. Biz dəfn mərasiminə öz dilimizdə “son mənzilə yola salınmaq” deyə bilirik. Belə halda biz dəfn mərasiminə yığışırıq ki, bu şəxs buradaki həyatını yaşayıb, indi isə Allahın hüzuruna gedir və biz hamımız dini təlimatlara əsasən bu insanın dəfnində iştirak edir, Allahdan həmin şəxsin günahlarının bağışlanmasını diləyirik. Belə məclislərdə möminlərin iştrak etməsi vacib görülür və mömin olan şəxslər Allahdan diləyirlər ki, “İlahi, biz sən əmr etdiklərini qəbul etmişik və Sən sevdiklərini sevmişik, bu gəncin dünyasını dəyişdiyi üçün onun digər dünyada günahlarını bağışlamağı Səndən diləyirik. Necəki Sənin Yer üzərinə göndərdiyin Elçin (s) buyurub ki, Həzrət Hüseyn (ə) cənnət cavanlarının ağasıdır və Şəhidlər sərvəridir. Biz bu gənc üçün son mənzildə sahibsiz olmağını istəmirik”!
Son dönəmlərdə qarışıqlıq salınır ki, niyə dəfnlərdə İmam Hüseyn (ə) adı çəkilir, öz şəhidlərimizin adı çəkilsin və s. Bu kimi fikirlərin qarşılığı olaraq bildirmək istəyirəm ki, biz Allaha yaxın olan kəslərin adını həmən şəxsin dəfnində çəkirik ki, bu onun axirəti üçün faydalı olsun. Əgər dəfn məclisində şəhidin şəninə şeir, himn və s. bu cür nəsnələr səslənilsə, bunlar hamısı dünyəvi məsələlərə aid olduğu üçün bunlar bizim dünya miqyasında digər ölkələr qarşısında bizim öhdəçiliyimizdir. Bizim milli ruhumuzun göstəricisidir. Amma dini şuarların səslənməsi bu dünyasını dəyişən insanın axirət evinin abad edilməsi deməkdir. İmam Hüseyn (ə) adının çəkilməsi, bu həqiqətlərin orada səslənilməsi, şəhid valideyinlərinin ürəyinə aramlıq gətirir, onlar inanırlar ki, övladı Allahın hüzuruna gedir və övladı Şəhid olub, Allah dərgahında hörməti olan İmam Hüseynin (ə) cərgəsinə yazılacaq və bu inam insanları rahatlaşdırır. Buna biz diqqət etsək ki, bu şuarlar yola salınan şəxsin axirəti üçün faydalıdır. Bunun üçün bu şüarları səsləndiririk.
Əgər bəzilərinin dediyi kimi, bu şuarları yığışdırmağın mənası budur ki, yəni biz istəmirik bizim əzizimiz Allah hüzuruna bağışlanmış getsin, biz inanc gətirmirik ki, bu dünyasını dəyişən şəxs Allahın hüzuruna gedir, əgər fikriniz budursa, bunu əvvəlcədən ya şəxsin özü vəsiyyət yazıb qoysun, yaxud Şəhid valideyinləri əvvəlcədən elan etsin ki, biz bunu istəmirik. Belə halda bunu kiməsə məcbur etmək olmaz. Amma biz müsəlman ölkəsində yaşayırıqsa, bizim əhali 12 İmam (ə) tərəfdarıdırsa, burda həqiqət olan budur ki, biz dünyasını dəyişmiş müsəlman şəxsi İslam dininin qayda-qanunlarına əsasən dəfn etməliyik”.
Fikirlərinin sonunda C.Şəfiyev şəhidlərimizin Allah dərgahlnda bağışlanması üçün dua edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button