AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bəhrül-Ülumi: Şəhid Süleymani və şəhid Həşimovun yolu davam edir

Ərdəbil Əyaləti Mədəniyyət və İslami İrşad İdarəsinin müdiri Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin yolunun davam etdiyini deyib.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbildə şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamının anılması istiqamətində keçirilən beynəlxalq vebinarın natiqlərindən olan doktor Abdullah Bəhrül-Ülumi deyib: “Hacı Qasim Süleymaninin şəhadətindən sonra dünya lərzəyə gəldi. Allah-Təala bəzi saleh insanlara görə digər insanları bəladan qoruyur. General Süleymaninin həyatda olduğu vaxt insanlar əmin-amanlıq hiss edirdilər.”
Doktor Bəhrül-Ülumi çıxışının davamında 8 illik müqəddəs müdafiəyə işarə edərək deyib: “İran xalqı 8 illik müqəddəs müdafiə dövründə başdan-ayağadək silahlanmış düşmənlər qarşısında qəhrəmancasına dayandılar və öz torpaqlarını müdafiə etdilər. İndi düşmən bizim alim və hərbçilərimizi terror edir. Düşmən elə düşünür ki, bu böyük şəxsiyyətləri terror etməklə onların yolu da dayanacaq. Halbuki, bu çox səhv düşüncədir. Çünki şəhidlərin qanının bərəkətindən və İmam Hüseynin (ə) qanının hörmətinə xatir, Qarabağda və digər İslam məmləkətlərində bu şəhidlərin yolu davam edir.”
Şəhidin vücudunu Allahın insanlara verdiyi bir nemət adlandıran Mədəniyyət və İslami İrşad idarəsinin müdiri deyib: “Bugünkü sakitlik və əmin-amanlığımız şəhidlərin bərəkətindəndir. Allahın salamı və rəhməti olsun İslam şəhidlərinin pak ruhuna, xüsusilə Hacı Qasım Süleymani, general Polad Həşimov və Qarabağ şəhidlərinin pak ruhuna.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button