AktualAktualArxivNardaranXəbər lentiXəbərlər

Ərdəbil vilayəti nümayəndələrinin Nardaran hadisələri barədə bəyanatı

Azərbaycan Respublikasında, xüsusən Nardaranda dindarların təqib və həbs olunmalarına qarşı İranda da etirazlar davam edir. İranda imamcümələr, fəallar, xalq orqanları, dini tələbələrin tənqidləri ilə yanaşı, məclis üzvləri də Azərbaycan Respublikasında şiələrə divan tutulmasını pisləyiblər. Bu etirazların ən yenisində Ərdəbil Vilayətinin Məclisdəki Nümayəndələr Assambleyası etiraz bəyanatı yayıbdır.

Qafqaz Mədəniyyət Mərkəzi-in məlumatına görə, bu bəyanatda Ərdəbil Vilayətinin Məclisdəki Nümayəndələr Assambleyası Azərbaycan Respublikasındakı rəsmi mediaların və hətta həmin ölkənin milli məclis üzvlərinin yaranmış problemlərin məntiqli və dinc atmosferdə həll olunması fikrində olmaq əvəzinə, məsuliyyətsiz və təəssüflə, sionist-vəhhabi mehvər tərəfindən təlqin olunmuş bəyanatlarda öz ittiham barmaqlarını İran İslam Respublikasına tərəf tuşlamaları və dini, islami və şiə müqəddəslərinə qarşı hörmətsizlik və onlara hücum etmələrinə əsasən, ümumi fikrin işıqlandırılması məqsədilə bəzi cəhətləri qeyd edibdir.

Bəyanatın bir hissəsində dini mərasimin keçirilməsinin qarşısının alınması, İmam Hüseyn(ə) əzadarlarına qarşı hörmətsizlik və son cinayətin göstəriş verənləri və amilləri pislənilərək, Ərdəbil Vilayətinin Məclisdəki Nümayəndələr Assambleyasının dünya müsəlmanları və şiələrini, xüsusən azərbaycanlı qardaşları qətiyyətlə dəstəklədiyi elan olunubdur.

Bəyanatın digər bir hissəsində qeyd olunubdur ki, İran İslam Respublikasının bütün ölkələr qarşısındakı siyasəti, daim daxili işlərə qarışmama, dostcasına anlaşma və dinc yanaşı yaşama prinsiplərinə riayət olubdur.

Bəyanatda deyilir: Yeri gəlmişkən, Azərbaycan Respublikası barəsində İranda həm hökumət, həm də böyük şiə mərcələri səviyyələrində daim Azərbaycan Respublikasının ərazi bütövlüyünün hərtərəfli himayəsi bərqərar olubdur. O cümlədən “Qarabağ İslamın vücudunun bir hissəsidir” söyləmiş İslam İnqilabının Böyük Rəhbərinin tarixi sözlərinə işarə etmək olar.

Eləcə də Həzrət Ayətullahuluzma Nuri-Həmədaninin Azərbaycan Respublikasına olmuş son səfərində bu ölkənin xalqına olan müraciətində buyurduğu “Şiənin qanı coşmalıdır və sizin qanınızın coşması Qarabağın azad edilməsi üçün olmalıdır” cümləyə işarə etmək mümkündür.

Ərdəbil Vilayətinin Məclisdəki Nümayəndələr Assambleyası iki şiə ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikasının regiondakı yaxınlığı və xüsusən iki xalqın daha artıq yaxınlaşmasının iki ölkənin düşmənlərinin təhlükə hiss etmələrinə səbəb olduğunu bildirərək, əlavə edib: Gördüyümüz kimi, onlar Nardaran kəndində baş vermiş son hadisələrdə iki ölkə əlaqələrində ayrılıq yaratmaq üçün hər bir fürsətdən istifadə edirlər.

Ərdəbil Vilayətinin Məclisdəki Nümayəndələr Assambleyası həmçinin İran İslam Respublikası və şiəliyin imicinin pozulması, həmçinin iki ölkə və iki xalq arasında ayrılıq yaratmaq istiqamətində Azərbaycan Respublikası Milli Məclisinin bəzi üzvləri və medialarının dilindən və sionist-vəhhabi mehvərin istiqamətləndirməsilə irəli sürülən ittihamları rədd və zəhərli və hörmətsiz çıxışları pisləyərək, təkidlə xəbərdarlıq edibdir ki, qeyd olunan deputatlar və medialar İslam düşmənlərinin oyuncağı olmaqdan əl çəksinlər və bilsinlər ki, Azərbaycan Respublikasındakı hazırki iltihablı vəziyyətdən çıxış yolu, öz xalqının dini əqidələrinə hörmət və dincliyin bərqarı yolundan başqa bir yol olmayacaqdır.

Bəyanatın sonunda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dost və qardaşlıq münasibətlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanaraq, Allah-Taaladan Nardaran kəndində baş vermiş kədərli hadisələrdə şəhid olanların ruhu üçün bağışlanma istənilib və ümidvarlıq edilibdir ki, yaranmış ixtilaflar dinc yolla və din alimləri, böyüklər və ağsaqqalların vasitəçiliyi ilə öz həllini tapacaq və iki dost və qonşu ölkədə daha artıq stabillik və təhlükəsizliyin şahidi olacağıq.

Azərbaycan Respublikasında, xüsusən Nardaranda cindarların təqib və həbs olunmalarına qarşı İranda etirazlar davam edir.

İranın azərilər yaşayan məntəqələrinin məclisdəki nümayəndələri, imamcümələr, fəallar, xalq orqanları, dini tələbələr Azərbaycan Respublikasında İmam Hüseyn(ə) əzadarları üçün məhdudiyyətlərin yaradılması və dindarların həbs olunmalarını pisləyiblər.

Təbriz əhalisi də Azərbaycan Respublikasının bu şəhərdəki konsulluğu qarşısında aksiya keçirərək, Azərbaycan Respublikasında dindarlar və ruhanilərin kütləvi şəkildə həbs olunmalarının dayandırılması və onların azad edilmələrini tələb edib. Təbriz əhalisi Azərbaycan Respublikası hökumətindən istəyibdir ki, həmin ölkədə dini mərasimlərin keçirilməsi üçün lazımi şərait yaratsın.

Dec 12, 2015 14:17 Asia/Baku

Comments (0)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button