ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həyat yolu 8 Ərin şəxsiyyətini qorumaq

Qadın xəlvət və aşkarda ərinə şəxsiyyət bəxş edə, yaxud onun şəxsiyyətini alçalda bilər. Qadın öz ərini başqalarının gözündə böyüdə və ona hörməti cəlb edə bilər.

Ərin şəxsiyyətinin alçalmasına səbəb olan amillərdən biri gücü çatmadığı bir şeyi ondan istəməkdir və bu, ərin utanmasına, xəcalət çəkməsinə səbəb olur.

Həzrət Zəhra (ə) heç vaxt ərinin kişilik qüruruna toxunacaq, yaxud onu başqalarının gözündə kiçildəcək bir iş etəmdi və bir istək ondan istəmədi.

Ayə

«هُنَّ لِباسٌ لَکُمْ وَ أَنْتُمْ لِباسٌ لَهُنَّ»

“Onlar sizin, siz də onların libasısınız.” (“Bəqərə” surəsi, ayə 187)

Hədis

قالَتْ فاطِمَةُ الزَّهْراء (س): «یا أبالحَسَن! إنّي لأَستَحيي مِن إلهي أن اُكَلِّفَ نَفسَكَ مالاتَقدِرُ عَلَيهِ.»

Həzrət Fatimə Zəhra (ə) dedi: “Ey Əbul-Həsən! Mən Allahımdan həya edirəm ki, səndən bir şey istəyəm və sənin onu yerinə yetirməyə gücün çatmaya.” (“Biharul-ənvar”, c. 43, səh. 59)

Ənənə

– Nə üçün məndən bir şey istəmirsən? Çox istərdim ki, məndən bir şey istəyəsən və mən sənin istəyini yerinə yetirəm.

– Sənin sayənin başımızın üstündə olması bəsdir.

– Zəhracan! Məndən bir şey istə və elə bu gün onu sənin üçün yerinə yetirim.

– Doğrusu, Allahdan həya edirəm ki, sənin gücün çatmadığı bir şeyi istəyəm. Ancaq sən özün buna müştaq olduğun üçün bir şey istəyirəm. Mənə nar gətir.

Əli (ə) nar tapıb qayıdırdı. Yolda bir nəfərin aclıqdan nalə etdiyini eşitdi. Həzrət narlardan birni götürüb öz əlləri ilə ona yedirtdi. Amma o, ikincini və üçüncünü də istədi. Həzrət narların hamısını ona verdi…

Mütəal Allah Əlinin (ə) xəcalət çəkməsinə razı olmadı və Əli (ə) evə çatmazdan qabaq mələk vasitəsilə cənnətdən bir tabaq nar həzrət Zəhranın (ə) evinə göndərdi.

(“Rəyahiniş-şəriət”, c. 1, səh. 142)

Hekayə

Onu getmək üçün razı salmalı idim. Onu xilas etməli idim. Elə etməli idim ki, o, Hüseynin (ə) istəyini rədd etməsin. Ancaq Peyğəmbərin (s) oğluna qarşı ürəyi soyumuşdu.

Dedim: – Züheyr! Peyğəmbərin (s) oğlu səni çağırır və sən onun dəvətini eşitdiyin halda rədd edirsən? Bu mərdlikdirmi?

Dedi: – Nə istədiyini bilirəm. Ona qoşulmağımı və əlimin müsəlman qardaşlarımın qanına batmasını istəyir.

Dedim: – Hüseyni (ə) nə qədər tanıyırsan?

Heç bir söz demədi.

Dedim: – Ən azından get, bir bəhanə gətir ki, Zəhranın (ə) oğlunun dəvəti cavabsız qalmasın.

Züheyr getdi…. O getməyi pərvaz etməsi üçün müqəddimə oldu… Həyat yoldaşı onu cənnətlik etdi.

(“Tənqihul-məqal”, c. 1, səh. 452)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button