ArxivXəbər lentiXəbərlər

Bakıda 5 vəhhabi güllələndi – Yeniləndi

Bir neçə saat əvvəl Xəzər rayonu Binə qəsəbəsində 5 vəhhabi güllələnib. Bu barədə Binə qəsəbə sakini “Xeber.İnfo”-a məlumat verib.

PİA.AZ-ın əməkdaşı baş verən silahlı insidentlə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxlayıb. DİN rəsmisi əməkdaşımıza bildirib ki, işə yeni başlayıb və ona hələ bu barədə heç bir məlumat daxil olmayıb. Xəzər Rayon Polis idarəsindən isə əməkdaşımıza bildiriblər ki, hadisəni Suraxanı rayon Polis İdarəsinin 30-cu bölməsi araşdırır.  uraxanı rayon Polis İdarəsinin 30-cu bölməsi ilə əməkdaşımız əlaqə saxlamağa çalışsa da, telefona cavab verilmədi.

* * *

Məlumata görə, Binədə “Parnik” yolu deyilən ərazidə dindar olduğu ehtimal edilən bir şəxs vəhhabilərin maşınına atəş açıb. Maşında 5 vəhabi olub. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdu. Hadisəni törədən şəxs sonra könüllü olaraq polisə təslim olub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button