AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həyat yolu 6 “Yaxşı həyat yoldaşı olmaq”

 

Yaxşı həyat yoldaşı olmaq

Qadın və kişi kamal mərtəbələrini keçərək səadət və xoşbəxtliyə çata bilərlər. Lakin onların bu səadətə çatmaq üçün vəzifələri bir-birindən fərqlidir.

Qadının cihadı onun ailə həyatında və yaxşı həyat yoldaşı olmağındadır. İslam təlimlərində qadının öz əri üçün yaxşı həyat yoldaşı olması onun gecə ibadətləri, müstəhəb oruc, müharibə, cihad və s. kimi müstəhəb əməllərindən daha irəlidə dayanır.

Ayə

فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللَّهُ

“Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar.” (“Nisa” surəsi, ayə 34)

Hədis

«قالَ الباقرُ)ع): لا شَفيعَ لِلمَرأَةِ أَنجَحُ عِندَ رَبِّها مِن رِضا زَوجِها»

 

İmam Baqir (ə) buyurub: “Qadın üçün Rəbbinin yanında heç bir şəfaətçi ərinin razılığından daha faydalı deyildir.” (“Səfinətul-bihar”, c. 1, səh. 561)

Ənənə

Neçə dəfə özündən getmişdi. Artıq bədəndə can qalmamışdı. Üzünü mənə tutub dedi: – Əsma, Əli haradadır?

Dedim: – Uşaqları saxlayır.

Dedi: – Çağır gəlsin.

Əlini (ə) çağırdım. Həzrət tez özünü Zəhraya (ə) çatdırdı.

Xanımın yorğun gözləri yaşla doldu. Dedi: – Ey Peyğəmbərin əmisi oğlu! Mən həyatımız boyu heç vaxt yalan demədim, xəyanət etmədim və sənə etiraz etmədim. Məndən razısanmı?

Əli (ə) ağlar gözləri ilə həzrət Zəhranın (ə) alnından öpüb dedi: – Allaha pənah aparıram! Sən öz işlərini bilirdin.

Bu vaxt Zəhranın (ə) gözlərində heyrətli təskinlik göründü.

(Şubbər, “Cəlaul-uyun”, c. 1, səh. 217)

Hekayə

Atamın dəfn mərasimində iştirak edə bilmədiyim üçün çox narahat idim. Lakin Peyğəmbərin (s) mənə: “Ərinə itaət etdiyin (onun izni olmadan evdən qırağa çıxmadığın) üçün Mütəal Allah səni və atanı bağışladı”-deyə buyurması, qəlbimə təsəlli verirdi.

– Həm sən, həm də atan xoşbəxt adamsınız ki, Allahın rəsulu (s) sizə bağışlanmaq vədi verib. Ancaq Süməyyə, sənin atandan uzaq qalmağına qətiyyən razı deyildim.

– Düzdür, amma mənim evdən çıxmağıma sənin razı olub-olmadığını bilmirdim. Ona görə də evdən çıxmamağı öz vəzifəm bildim.

– Allaha şükür olsun ki, belə bir zəkalı qadın mənə nəsib edib. Mən də bunun əvəzində öz haqqımı sənə bağışladım və səndən razıyam.

(“Vəsailuş-şiə”, c. 20, səh. 175)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button