ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həyat yolu 5 Valideynə xidmət

Valideynə xidmət

İslamda övladın ata-anaya xidmət göstərməsi və onlara köməkçi olması barədə çoxlu əmr və tövsiyə lər olunmuşdur. Habelə İslam dinində valideyn və övlad arasında ayrılıq bəyənilmir. Təəssüf olsun ki, müasir həyatımızda gənclər izdivac etmək üçün ata-anadan ayrı yaşamağı şərt kəsirlər.

Həzrət Zəhra (ə) uşaq yaşlarında ikən ana nemətindən məhrum oldu. Amma sevimli atasına xidmət etməyə çox müştaq idi. Bu səbəbdən İslam Peyğəmbəri (s) həzrət Zəhranı (ə) dəfələrlə Ümmü Əbiha (Atasının anası) adlandırmışdı.

Ayə

«وَ قَضیٰ‏ رَبُّکَ أَلاَّ تَعْبُدُوا اِلاَّ اِيَّاهُ وَ بِالْوالِدَيْنِ اِحْساناً اِمَّا يَبْلُغَنَّ عِنْدَکَ الْکِبَرَ أَحَدُهُما أَوْ کِلاهُما فَلا تَقُلْ لَهُما أُفٍّ وَ لا تَنْهَرْهُما وَ قُلْ لَهُما قَوْلاً کَريماً»

“Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: ‘Uf!’ belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”

(“İsra” surəsi, ayə 23)

Hədis

قالَتْ فاطِمَةُ ) س) : « اِلْزَم رِجلَها فَاِنَّ الجَنَّةَ تَحتَ اَقدامِها»

Həzrət Fatimə (ə) buyurub: “Ananın xidmətində dayan. Çünki cənnət anaların ayaqları altındadır.”

(“Kənzül-ümmal”, c. 16, səh. 426)

Ənənə

Çox həyəcanlı və intizar içində idi. Ühüd döyüşündən yaxşı xəbərlər gəlmirdi. Nəhayət, bir müddətdən sonra qapı döyüldü. Tez yerindən qalxıb qapını açdı. Atasının qana boyanmış üzünü görən kimi gözlərindən yaş axmağa başladı. Özünü atasının qucağına atdı.

Gözündən yaş axan bir halda atasının üzünü təmizlədi və yaralarına dərman qoydu.

Atası təbəssüm edərək bu tanış cümləni yenidən dilinə gətirdi: “Fatimə, atasının anasıdır.”

(“Biharul-ənvar”, c. 43, səh. 16)

Hekayə

– Ay qız, and olsun Allaha, daha yorulduq. Nə üçün bütün elçilərini geri qaytarırsan?!

– Nə qədər anam sağdır və mənə ehtiyacı var, ailə qurmayacam. Məryəmə də mane olmuram, əgər yaxşı elçisi varsa, “hə” desin.

– Məryəm də sənin dediklərini deyir. Elə bilirsiz, ananız sizin bu işinizdən razıdır? Seyid Əli də deyir ki, sizin izdivacınız üçün heç bir maneə görmür.

– Əgər belədirsə, təkcə bu şərtlə izdivac etməyə razıyam ki, elçim izdivacdan sonra anamın yanında qalmağımı və ona xidmət etməyimi qəbul etsin.

(Ayətullah Seyid Əli Qazi Təbatəbainin qızından bir xatirə)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button