AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həyat yolu 4

 

Valideynə hörmət

İslam dini ata-ana üçün çox yüksək məqam nəzərdə tutmuşdur, onlara qarşı hər hansı hörmətsizliyə və sərt rəftara icazə vermir. Belə ki, Qurani-kərimdə Özünə şərik qoşmağı qadağan etdikdən və ibadət etməyi vacib bildikdən dərhal sonra ata-anaya yaxşılıq etməyi əmr edir.

Həzrət Zəhra (ə) ata-ana ilə rəftarda gənclər üçün ən yaxşı və ən kamil örnək hesab olunur.

Ayə

«وَ اخْفِضْ لَهُما جَناحَ الذُّلِّ مِنَ الرَّحْمَةِ وَ قُلْ رَبِّ ارْحَمْهُما کَما رَبَّیانی‏ صَغیراً»

“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: ‘Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!’ – de.” (“İsra” surəsi, ayə 24)

Hədis

قالَتْ فاطِمَةُ )س) في خُطبَهِ الفَدَكِيَّهِ: «فَجَعَلَ اللَّهُ…وَ بِرَّ الْوالِدَیْنِ وِقایَةً مِنَ السَّخَطِ…»

Həzrət Fatimə (ə)  Fədək xütbəsində buyurur: “Allah-təala ata-anaya yaxşılıq etməyi Öz qəzəbindən xilas olmaq üçün vasitə qərar vermişdir.”

(“Biharul-ənvar”, c. 6, səh. 107)

Ənənə

Belə bir ayə nazil oldu: “Allahın rəsulunu (s) öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın.”

Həzrət Fatimə (ə) atasına “Allahın rəsulu” deyə müraciət etdi. İmam Hüseyn (ə) bu barədə anasından belə nəql edir:

“Bu ayə nazil olan gündən atamın heybəti onu “ata” deyə çağırmağıma mane oldu. Ona görə də “ey Allahın rəsulu” deyə müraciət etdim. Peyğəmbər (s) bunu eşitdikdə buyurdu: “Qızım, bu ayə sənin və əhli-beytin barədə nazil olmayıb. Çünki sən məndənsən və mən səndənəm. Bu ayə mənim hörmətimi saxlamayan cəfa və təkəbbür əhli barəsində nazil olmuşdur. Qızım, sən məni, ata deyə çağır. Bu mənim qəlbimə təskinlik verir və Allahın razılığına daha yaxındır.” Sonra mənim alnımdan öpdü.”

(“Biharul-ənvar”, c. 43, səh. 93)

Hekayə

Öz qəbiləsinin dəvələrini otarırdı. Çox çətinliklə işləyirdi və bütün təlaşı qoca anası üçün rahatlıq yaratmaq idi. Bir gün o, anasından icazə istədi ki, Mədinə şəhərinə gedib Peyğəmbəri (s) ziyarət etsin. Anası dedi: – İcazə verirəm, ancaq bu şərtlə ki, Mədinədə yarım gündən artıq qalmayasan və tez gələsən.

Üveys Mədinəyə yola düşdü. Şəhərə çatdıqda Peyğəmbəri (s) soraqladı. Dedilər ki, Peyğəmbər (s) şəhərdə yoxdur, bir iş üçün şəhərdən çıxıb hələ qayıtmayıb. Üveys bir neçə saat gözlədi, amma Peyğəmbər (s) gəlmədi. O, Peyğəmbəri (s) görmədən evə qayıtdı.

Peyğəmbər (s) Mədinəyə dönüb evinə gəldi. Həzrət evə çatanda soruşdu: “Bu evdə saçan kimin nurudur?” Dedilər ki, Üveys adlı bir dəvə otaran səni görməyə gəlmişdi. Bir az gözləyib geri qayıtdı.

Peyğəmbər (s) buyurdu: “Bəli, Üveys bu nuru bizim evimizdə hədiyyə qoyub getmişdir. Cənnət nəsimi Yəmən və Qərən səmtindən əsir. Səni görməyə nə qədər də muştaqam, ey Üveys!”

Üveys Qərəni Siffeyn müharibəsində İmam Əlinin (ə) ordusunda döyüşüb şəhid oldu.

(“Biharul-ənvar”, c. 42, səh. 155)

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button