ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRtahlil va magaleXəbər lentiXəbərlər

Həyat yolu 2

 

Quranla ünsiyyət

Allahın elçisi (s) ömrünün son anlarında müsəlmanlar arasında iki dəyərli gövhəri əmanət qoydu: Quran və Əhli-beyt (ə). Bu iki əmanətdən yapışmaq insanın xoşbəxtliyinə səbəb olur.

Həzrət Zəhranın (ə) həyatında Quranın xüsusi yeri var idi. Həm özü Quranla mənus idi, həm də övladlarına Quranla mənus olmağı tövsiyə edirdi.

Ayə

« فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ…»

“Qurandan sizə müyəssər olanı (asan gələni) oxuyun.”

(“Muzzəmmil” surəsi, ayə 20)

Hədis

قالَتْ فاطِمَةُ )س): «بِهِ تُنالُ حُجَجُ اللَّهِ الْمُنَوَّرَةُ، وَ عَزائِمُهُ الْمُفَسَّرَةُ، وَ مَحارِمُهُ الْمُحَذَّرَةُ، وَ بَیِّناتُهُ الْجالِیَةُ، وَ بَراهینُهُ الْکافِیَةُ، وَ فَضائِلُهُ الْمَنْدُوبَةُ، وَ رُخَصُهُ الْمَوْهُوبَةُ، وَ شَرائِعُهُ الْمَکْتُوبَةُ.»

Həzrət Fatimə (ə) buyurub: “Bu kitabın (Quran) dəlilləri açıq-aşkar, sirləri aydın, zahiri işıq saçandır. Onun arxasınca düşənlər onunla arzusuna çatır, ona tabe olanları cənnətə aparır, ona qulaq asanları nicata çatdırır. Bu kitabla Allahın nurani dəlillərini, izah olunmuş vaciblərini, yasaq edilmiş haramlarını bilmək olar. Onun bəyan etdikləri açıq-aşkar dəlilləri kifayət edəcək həddədir. O kitabda əməl olunası çoxlu fəzilət, insanlara hədiyyə edilmiş rüxsətlər və şəriət hökmləri qeyd olunmuşdur.”

(“Fədək” xütbəsindən bir hissə)

Ənənə

– Başını yuxarı qaldır Salman, nə barədə düşünürsən?

– Peyğəmbərin (s) qızının şəhadətindən sonra onu itirməyimiz hamımız üçün çox ağır bir qəm olub. Hələ də onun pıçıltıları qulağımdadır.

– Hansı pıçıltıları?

– Bir gün Allahın rəsulu (s) məni evlərinə göndərdi. İcazə alıb içəri daxil oldum. Gördüm ki, Peyğəmbərin (ə) sevimli qızı Quran oxuya-oxuya ev işlərinə məşğuldur və əl dəyirmanı işlədir. Fatimənin (ə) Quran oxumasından vücudumda elə bir təskinlik yarandı ki, hələ də o təskinliyin ardıncayam. (1)

(“Biharul-ənvar”, c. 43, səh. 88)

(1) Həmin illərdə həzrət Salman qoca yaşlarında idi. Salman Peyğəmbərin (s) və İmam Əlinin (ə) xas və yaxın səhabələrindən olmuşdur. Onun yaşı barədə müxtəlif nəzərlər vardır. Amma rəvayətlərin çoxu Salmanın yaşının 250 ilə yaxın olduğunu çatdırır. O, İmam Əlinin (ə) xilafətinin ilk illərində vəfat etdi.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button