ArxivFatimi yaşayişIslammədəniyyatQadin və hicabSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həyat yolu ” Ər-arvadlıq münasibətləri”

 

Ər-arvadlıq münasibətləri

Kişi öz həyat yoldaşının vücudunda gözəlliyi tapmalı, cinsi və mənəvi məsələlərdə öz xanımı tərəfindən təmin olunmalıdır. Bu məsələ yalnız o vaxt səmərə verər ki, kişi və qadın hər biri bu mövzuda öz vəzifəsini bilsin, həyat yoldaşının cinsi və mənəvi razılığını qazanmağa səy etsin. Beləliklə, onun həyat yoldaşı öz ehtiyacını aradan qaldırmağı evdən qıraqda axtarmaz.

Müasir həyatımızda boşanmaların çoxu ailədə ər-arvad arasında cinsi məsələlərə qayıdır.

Ayə

«نِساؤُکُمْ حَرْثٌ لَکُمْ فَأْتُوا حَرْثَکُمْ أَنَّی شِئْتُمْ وَ قَدِّمُوا لِأَنْفُسِکُمْ وَ اتَّقُوا اللَّهَ»

 

“Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda öz tarlanıza gəlin! Özünüz üçün qabaqcadan (yaxşı əməllər) hazırlayın! Allahdan qorxun.” (“Bəqərə” surəsi, ayə 223)

Hədis

قالَ أمیرَالمؤمنین: «فَوَاللَّهِ مَا أغضَبَتهَا… وَ لا أغضَبتَنیِ وَ لَا عَصَت لِی أمرَاً»

İmam Əli (ə) buyurdu: “Allaha and olsun, bizim həyatımız belə idi ki, nə mən Fatiməni (ə) qəzəbləndirdim, nə də o məni qəzəbləndirdi və itəatsizlik etmədi.”

(“Biharul-ənvar”, c. 43, səh. 134)

Ənənə

– Mövlacan! Fatimə (ə) haqda bizə danışın, Peyğəmbərin (s) qızı sizinlə rəftarı necə idi?

Həzrət başını aşağı saldı və uzun sükutdan sonra buyurdu:

– Hər vaxt Fatimənin (ə) üzünə baxdıqda bütün qəm-qüssələrimi unudurdum. Allaha and olsun, heç vaxt Fatiməni (ə) qəzəbləndirmədim və kədərləndirmədim. Fatimə (ə) də ömrünün axırına kimi məni qəzəbləndirmədi. Ömrü boyu bir dəfə də olsun mənim istəklərim qarşısında itaətsizlik etmədi.

(“Bihar əl-ənvar”, c. 43, səh. 134)

Hekayə

– Heç vaxt düşünmürdüm ki, Allahın elçisi (ə) zahiri görünüşə bu qədər əhəmiyyət versin.

– Haradan bildin ki, zahiri görünüşə bu qədər əhəmiyyət verir?

– Bir gün evi yığışdırıb, onun üçün yemək hazırlayırdım. Allahın elçisinin məsciddən gəlməsini gözləyirdim. Bir azdan evin qapısı döyüldü. Qapını açdım. Evə daxil olub salam verdi. Məni görən kimi təəccüblə üzünü çəkib buyurdu: “Nə üçün (evdə) saçların dağınıqdır və bəzəksizsən?”

O vaxtdan bəri evdə öz zahir və gözəlliyimə qarşı daha çox diqqət yetirirəm.

(Peyğəmbərin (s) zövcələrindən birinin nəql ilə)

(“Biharul-ənvar”, c. 67, səh. 122)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button