ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Hərbçi yoldaşlarını güllələyən sərhədçi saxlanılıb /YENİLƏNİB/

Əməliyyat tədbirləri zamanı Qubadlı rayonu ərazisində bir gün əvvəl üç hərbçi yoldaşını güllələyən sərhədçi Elxan Əvəzli saxlanılıb.

Baş Prokurorluq Əvəzlinin yanvarın 3-nə keçən gecə Laçın rayonunun Malxələf kəndində saxlanılması barədə məlumat yayıb.

İstintaq orqanları cinayətin baş vermə şəraitini araşdırır. -02D-

* * *

2022 Yanvar 02 (Bazar) 21:51:41

Sərhəd Xidmətinin qulluqçusu 3 hərbçini öldürərək qaçıb

Bakı/02.01.22/Turan: Yanvarın 2-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir hərbçi 3 nəfər hərbi qulluqçunu öldürüb.

Baş Prokuroruğun məlumatına görə, ilkin araşdırmalarla müəyyən edilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Əvəzli naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları: baş leytenant Yusif İsmayılovu, kiçik gizir Amil Cəlilzadəni və kiçik gizir Rəfail İbrahimovu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.

Hazırda Elxan Əvəzlinin axtarışı üzrə tədbirlər davam etdirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button