ArxivIslammədəniyyatNardaranSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Hərakat rəhbəri aclığı davam etdirir

Vəkilləri Tale Bağırzadə ilə görüşüb
Hərakat rəhbəri aclığı davam etdirir
Bu gün vəkillər Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov 12 saylı Cəzaçəkmə müəssisəsində Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə ilə görüşüb. Hacı Tale işgəncəyə deyil, təhqirlərə məruz qaldığını bildirib. Qobustan həbsxabnasından çıxanda rəis ona deyib ki, sən əşyalarını götürmə onsuz yenə bura qayıdacaqsan. 12 saylı CÇM-nə daxil olarkən rəis müavini Babək İsgəndərov isə onu təhqiramiz tonda hədələyib. Məhz buna görə Tale Bağırzadə aclıq aksiyasına başlayıb. Hacı Tale bir daha bəyan edib ki, bu aclıq aksiyası onun azadlığı üçün deyil, o, mənən azad insandır. Bu aksiya hüquqlarının bərpası, təhqir və hədəyə məruz qalmasına bir etirazdır.
Hacı Tale Bağırzadə son zamanlar Azərbaycan və İran arasında yaranan gərginliklə bağlı da münasibətini bildirib. “Mən həmişə dövlətimizin müstəqilliyininin tərəfdarı və xalqın yanında olmuşam. Azərbaycan mənim üçün qırmızı xətdir. 2020-ci ildə ikinci Qarabağ savaşı başlayanda da həm mənim , həm də təşkilatımızın bəyanatlarımız olub. Biz o zaman da İran rəsmilərindən tələb etmişik ki, uşaq qatili Ermənistanın, yoxsa haqq savaşı aparan Azərbaycanın yanında olmaqlarını açıq bəyan etsinlər. MBH-nın onlarla üzvü döyüşlərdə iştirak edib, onlardan üç nəfəri şəhidlik zirvəsinə yüksəlib. 2022- ci ilin avqustunda Londonda səfirliyimizə hücum olanda, bayrağımızın yerə atılmasına da etirazımız olub. Sentyabr döyüşləri zamanı İranın “Zəngəzur bizim qırmızı xəttimizdir” deməsinə də etiraz edərək bir daha müstəqilliyimizdən yana olduğumuzu bəyan etmişik, ordumuzun və dövlətimizin yanında olduğumuzu bildirmişik”,- deyə Tale Bağırzadə açıqlama verib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button