ArxivIslamXəbər lentiXəbərlər

“Hər gün Aşura və hər yer Kərbəla” şüarının izahı

“Hər gün Aşura və hər yer Kərbəla kəlməsi böyük bir ifadədir. Bəziləri onu düz anlamır. Fikirləşirlər ki, hər gün ağlamaq lazımdır. Amma bunun möhtəvası başqa bir şeydir. Aşura günündə Kərbəla məkanı hansı rolu oynayıbsa digər bölgələr də elə olmalıdır”
İslaminSesi – Ayətullah Musvəvi Xomeyni və Ayətullah Xamenei dəfələrlə xütbə və çıxışlarında “Hər gün Aşura və hər yer Kərbəla”nı izah ediblər.

Bəziləri bu ifadənin imamlardan nəql edilən hədis olduğunu bildirsələr də bu haqda dəqiq sənəd yoxdur.

Ayətullah Musəvi Xomeyni söhbətlərinin birində deyir:

“Hər gün Aşura və hər yer Kərbəla kəlməsi böyük bir ifadədir. Bəziləri onu düz anlamır. Fikirləşirlər ki, hər gün ağlamaq lazımdır. Amma bunun möhtəvası başqa bir şeydir. Aşura günündə Kərbəla məkanı hansı rolu oynayıbsa digər bölgələr də elə olmalıdır. Kərbəlanın rolu bu idi ki, Şəhidlər Ağası bir neçə nəfərlə az bir cəmiyyətlə Kərbəlaya gəldi. Onlar Yezidin zülmü qarşısında , zalım dövlət, zəmanəsinin imperatoru qarşısında durdular. Fədakarlıq edib, qətlə yetirildilər. Onlar zülmü qəbul etməyib, Yezidi məğlub etdilər. Hər yer və hər zamanda belə olmalıdır. Bizim millətimiz üçün hər günün Aşura olması formalaşmalıdır və onlar zülmün qarşısında durmalıdırlar. Burada da Kərbəladır. Gərək Kərbəlailərin rolunu icra edək. Bu bir nəfər və bir məkanda inhisar edilməyib. Kərbəla qəziyyəsi 72 nəfərə və Kərbəlaya aid deyil. Bütün məkanlar bu rolu oynamalıdır. Bunun üçün heç bir gündən qafil olmaq olmaz.”

Ayətullah Xamenei də çıxışlarının birində deyib:

“Hər gün Aşura və hər yer Kərbəla” deyirlər, bu o deməkdir ki, zaman keçsə də bəşərin cari həyatındakı xilqətin yaradılış həqiqətləri dəyişməz olaraq qalır. Hər bir dövranda bəzi rollar var ki, onlar düzgün şəkildə münasib və öz zamanında ifa edilməlidir. Bu zaman hər şey səhmana düşər, millətlər və insaniyyət inkişaf edərlər.”

Ayətullah Xamenei digər bir çıxışında deyib:

“Bu hansı həqiqətdir ki, zamanın keçməsilə o dəyişməz qalır. Hətta gün keçdikcə daha da şanlı olur. Kərbəla hadisəsi kimi. O gün, o boş səhrada, dostların olmadığı düşmənlərin çox olduğu bir zamanda Hüseyn ibni Əli və yavərləri şəhadətə qovuşdular. Onun ailəsi isə əsir olur.
Bu gün əsrlər keçib, həmin hadisə ki 10 -15 gün ərzində təsiri qalmamalı və yaddan çıxmalı idi, əbədi qaldı. Görün nə qədər şanlıdır. Bu təkcə müxtəlif ölkələrdə olan milyonlarla şiələrin arasında deyil, müsəlmanların arasında və hətta qeyri-müsəlmanların arasında da Hüseynin adı günəş tək saçmaqdadır. O günəş qəlbləri nurani və hidayət edir”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button