ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həqiqi ziyalı və ya elm adamının ziyalı kimi təqdimində problemlər

İnsan ərtafında olan zərrələrdən sonsuza qədər bütün varlıqları müşahidə edəcəyi vasitə nurdur. Gözün görmə amili nur, onun varlıqları aşkarlamaq keyfiyyəti ilə aydınlaşdırıb dərk etmə effektini yaradır. Lakin bu yetəri deyil, gözdən kənar xarici aləmin ziyası, işıqlanması olmayınca gözün nur keyfiyyəti görməkdə nəticə əldə edə bilməz. Beləcə gözün nuru və təbiətdəki işıqlanma möhkəm vəhdətdə əldə olunan görmə keyfiyyətini yüksəldir. Dünyanın bu iki bağlılıq nuru, ziya adlı işıqlanma, aydınlatma təkcə maddi varlıqların deyil, mənəvi yaradılışı da işıqlandıra, tanıda bilir. Heç təsadüfi deyildir ki, müqəddəs kitabımız Quran günahı, tənəzzülü, pislikləri zülmət adlandırır, yaxşılıqları, gözəllikləri, inkişafı isə nur olaraq tanıdır.

Təbii ki, yaxşılıqlar, gözəlliklər İlahi dəyərlərdən, İlahi dəyərlər isə mənbə olan nurdan öz mənşəyini götürdüyü üçün yaradılışın mükəmməl əsasını nur, ziya təşkil etməkdədir.

Bu məntiqdən çıxış edərək insanlığa xidmət edən, dünya rifahına töhfə verən elm adamlarının ziyalı adlandırılması belə bir düşüncənin məntiqi nəticəsidir. Ziyalı yaşadığı kiçik ailənin sərhədlərindən bütün dünyanı işıqlandıracaq, onu öz mütərəqqi düşüncəsi ilə inkişafa, aydınlığa qaldıracaq, bəzən zamanları aşan ali bir varlıqdır. Təəssüf ki, müair dünyanın ziyalı haqqında olan fikirləri zamanla dəyişdirilməyə, maraqlar sərhədlərində həqiqətindən uzaqlaşdırılaraq sapdırılmağa məruz qalsa da, İslamın bu nöqtədə məntiqi dəyişməzdir. Bu düşüncənin qorunmasını təmin edən Quran, ziya və ziyalının həqiqətini olduğu kimi tanıtmış və tanıtmaqdadır. Müasir dünya ziya və elm məfhumunu bir birinə yaxınlaşdırmaqla hər ikisini eyniləşdirməyə çalışsa da, İslam dininə görə elm və ziya eyni fikri ehtiva etmir.
Elm, mütləq bir sahəni əhatə edən, müəyyən çərçivələrdə fəaliyyət göstərən bilgilər toplusudur. Onun mövzusu sahəsinin bilgiləri ilə əhatələnib və düşüncələri bu sərhədlərdən kənar deyil. O, məlumat verəcəyi mövzunu, məhdud bir sahəni əhatə edib, bu istiqamətdə inkişafın konsepsiyasını təqdim edir. Dünya elmlərində yüzlərlə sahəni əhatə edən elmi naliyyətlər buna bariz nümunədir. İslam dinində də müəyyən olunmuş dini bilgilərlə əhatələnmiş şəxs elm adamı adlanır. İslam düşüncə tərzində sahələnmiş elmi biliklərə yiyələnməsi onun elmi göstəricisidir. Lakin nə dünyanın Nobel mükafatına qədər yüksələn elm adamları, nə də dinin hansısa elmi bilgilərini daşıyan şəxslər birmənalı olaraq ziyalı adlandırıla bilməz. Əlbəttə onların da içində ziyalılar vardır. Lakin bu onları elmi bilgiləri səbəbindən ziyalıya çevirmir. Müasir dünyanın da problemi elə budur. Dünya ziyalı təfəkkürünə duyduğu qorxu səbəbindən bacardığı qədər elm adamlarını ziyalı olaraq təqdim etməklə bu dəyərli düşüncəni dəyişdirməkdədir. İslama görə də hətta ali rütbə olan müctəhid düşüncə tərzinin tam mütləqiyyəti ziyalı sayılmaz. Əlbəttə onların daxilində də ziyalılar vardır. Amma tam əksəriyyəti elm əhli olub elmi naliyyətlər göstərsələr də eyni fikri ümumiləşdirərək ziyalı olaraq söyləmək doğru olmaz.
Bəs ziyalı kimdir? Elmi nəticədən fərqli olaraq ziyalı cəmiyyətə hansı özəllikləri verir? Bəşəriyyətin dəyişməyə çalışdığı ziya və ziyalının həqiqəti nədir?

Müsəlman Birliyi Hərəkatı.

Təhlil və Araşdırma Mərkəzi

15/06/2021/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button