ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Həqiqi ziyalı və ya elm adamının ziyalı kimi təqdimində problemlər

Həqiqi ziyalı və ya elm adamının ziyalı kimi təqdimində problemlər.

2-ci yazı.
Ziya sözü lüğəti mənada işıq, ayqınlıq, nur mənasını daşıyır ki, bu elə hər kəsin başa düşdüyü məfhumdur. Lakin ziya maddidən mənəvi, sükunətdən hərəkətə çevrilən insan varlığına tamlaşarkən, mənasını adi işıqlanmadan zəkada nur, bəşəriyyətin fikri işıqlanması, insanlığın əqli nuru və ya gözün daxili nuru ilə xarici dünyadakı nurun birliyindən əmələ gərən parlaqlıq, daxili və xarici işıqlanma vəziyyətinə gətirir. Yəni cansız işıq, nur, canlı insanın daxilində İlahi missiyaya çevrilərək öz həqiqətini tam fərqli formada təzahür edir. Elm adamının işıq saldığı sahədən fərqli olaraq ziyalı beyinlərə, düşüncələrə, idiologiyalara öz nurundan bəxş edir. Onun ziyası bir deyil, min elmi sahəni əhtəsinə almaq iqtidarına malikdir. Əlbəttə, hər bir elm adamı ziyalı olmadığı kimi hər bir ziyalı da elm adamı deyildir. Lakin ziyalı olan elm adamları da az deyil və bu daha böyük nəaliyyət bəxş edən mütərəqqi nəticədir. Biz tarixdə İslam Peyğəmbərinin (s) simasında tam kamil bir ziyalı görə bilərik ki, onun ziyası zamanlar və məkanları aşaraq tarixləri işıqlandırmaq qüvvəsindədir. Bu nurun dünyanın sonuna qədər münəvvər olub insan zəkasını işıqlandıracağı şübhəsizdır. Lakin İslam Peyğəmbəri (s) elm adamı olmamışdır. Hətta tarixçilər onun yazıb oxumaq bacarmadığını da qeyd edirlər. Elə ziyanın elmdən fərqli olan tərəfi də budur. Elm müəyyən sahənin çərçivəsinə dayandığı halda ziya bütün insanlığı aydınlatmaq gücündədir.
İslam Peyğəmbərin (s) simasında təqdim edilən ziya, ziyalı mahiyyətinin həqiqətini göstərmək üçündür. Lakin düşüncə baxımından ziyalı kiçik məntəqədən böyük şəhərlərə, dünya güzgüsünə qədər nur saçmaq iqtidarındadır. Bu istiqamətdə islam dünyasının yetərincə ziyalıları olmuş və vardırlar. Onlardan bəziləri elm adamı olmasalar da böyük əksəriyyəti elmin və ziyanın vəhdətində bəşəriyyətə böyük töhfələr vermişlər. XX əsrin İmam Xomeyni dühası elm və nurun ən kamil nümunəsidir. Yaşadığı dövrün yüzlərcə elm adamından fərqli olaraq İmam Xomeyni ziyası İran sərhədlərini aşaraq dünya üçün sonsuz nuraniyyət, ziya mənbəyi oldu.
Təəssüf ki, dini cameədə təqdim olunan elm adamlarının çoxunun məhz ziyalı olaraq tanıdılması dini düşüncədə problemə çevrilməkdədir. Hər bir ruhani elm adamıdır, lakin bunların hamısı ziyalı deyildir. Onların dini bilgiləri, əhatə etdiyi elmi sahənin sərhədlərindədir. Lakin öz cəmiyyəti, qəsəbəsi, məscidi üçün ziya vermək düçüncəsinə və gücünə sahib olmayan bir çox ruhanilərin ziyasızlığı səbəbindən dinin, məscid əhlinin düşdüyü vəziyyət ürək ağrıdır. Elmin ziyası dinin əsas proritet mövzusu olduğu halda əksəriyyətinin yalnız elmi bilgiyə sahib olması zaman-zaman həlli zəruri olan məsələləri, addımı önəmli olan işləri ləngitməkdədir. Üzücü hal isə hər bir ruhanini ziyalı bilən ətrafı onun elmi təsirində qaranlıqda sərgərdan qalmış vəziyyətdə hər gün bir maneə ilə toqquşmaqdadır. Müxtəlif zədələr alan belə şəxslər bir müddətdən sonra qaranlıqda gəzməkdən yorulur və usanır. Ziyalının elm adamından fərqi və ya elm adamının ziyalı olması da elə buna görə zəruridir ki, yaşadığı cəmiyyəti, şəhəri, ölkəni nur və aydınlığa çıxarsın.
Azərbaycanın dini cameəsində də şübhəsiz ziyalıları vardır. Elə bu səbəbdir ki, İslamın ölkəmizdən inkişafı təkcə dinin ibadət ruhu ilə məhdudlaşmır, eyni halda hər bir həqiqəti olduğu kimi tərənnüm edə bilir. Ziyalılarımız ölkəmizin dini düşüncəsinə, hər bir inanclıya bəxş etməyə çalışdıqları nur onların İslam adlı dəyərlər toplusunun hər bir bucağını tanımaq üçün çox qiymətlidir.
Müsəlman Birliyi Hərəkatının Təhlil və Araşdırma Mərkəzi.

17/06/2021/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button