ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Həqiqi diktator (2-ci hissə)

Şübhəsiz dünya Tibetin, buddistlərin düşüncə, din və inanclarına, Vatikanın əqidə və inamına ehtiramla yanaşır. Onların öz qanunları və bu qanunlardan irəli gələn düşüncələri, xalqına diktə etdiyi baxışları demokratik mərkəzlər üçün olduqca təbii görünür. Baxmayaraq ki, bir çox qəbul etdiyi qanunlar, axıtdıqları qanlar, məhdudlaşdırdıqarı haqqlar onların ümumi hüquqlarına ziddir. Lakin inanca hörmətdən doğan belə yanaşmalar bu dinlərin diktələrinə olduqca soyuqqanlı yanaşan dünya demokratik məktəblərinin tolerant simasında qəbul olunandır. Amma elə ki, bu dəyərlər səmavi dinlərin sonuncusu, sayı milyonlarla olan müsəlmanların düşüncə tərzi, qanun toplusuna aid oldu, o saat demokratiya aparatı işə düşüb diktator axtarmağa başlayır. Dağıdılan bir çox müsəlman ölkələri və onların rəhbərlərinə qarşı diktator iddiası da bu məntiqin nəticəsidir.
Öncə bir məqama aydınlıq gətirmək lazımdır. Müsəlman ölkələrinin əsas qanun toplusu dermokratiyanın yox, Allahın diktə etdiyi qanunlardır. Bu dünyəvi qanun toplusu ilə fəqlənən tərəflərdir. Biz bunların nə dərəcədə məntiqli və insan ruhu ilə mütənasiblik yaratması haqda uzun uzadı danışmazdan öncə bildirməliyik ki, buddizmin, xristianlığın, iudaizmin düşüncə tərzinə hörmət kimi islamın da düşüncə tərzinə hörmət göstərmək lazımdır. Qeyd edilən dinlərdən fərqli olaraq İslamın təqdim etdiyi qanunlar toplusu dünya həyatının bütün sahələrinə təsir göstərməklə yanaşa uğura zəmanət verir. Onun qanunları insanları rənginə, irqinə, cinsinə görə ayırmır. O, başqasının haqlarına, torpağına, diniə hörmətlə yanaşır. İslam hər kəsin bərabər yaşamaq hüququnu tanımaqla haqqlara ehtiram göstərir. Ən əsası isə müsəlmanlar, bu qanunları İlahi qanun toplusu olan Quranın əsas müddəlarını cani-dildən qəbul etdiyi halda Qərbin şəxsi demokratik məfhumu bunu diktatura adlandırır. Görəsən həqiqi diktator kimdir? Dünyanı qana boğan, xalqların torpaqlarını, təbii sərvətlərini mənimsəyən, dünyanı narkomaniya girdabında boğan, qadınları cinsi istismara məruz qoyanlar, yoxsa qanunlarında adi ağac budağını sındırması qadağan olan, cənnəti qadınının ayaqları altına sərən, insan ağlını, səhhətini, təbii halını dəyəişən istənilən uyuşdurucuya qarşı olan, başqasının haqqına təcavüzü qadağa edənlərmi?
Acısı isə diktatura adlanan məfhumun medianı öz təsri altına alıb insanlarda yanlış fikirlər formalaşdıran, öz düşüncəsini məcburi düz kimi qəbul etdirmək üçün onlara təsir edən həmin ölkələr İslamı dünya nəzərində arzuladıqları kimi görmək üçün gözdən salmağa çalışmaqdadırlar. Bunun üçün də onlar müsəlman ölkələrini diktatura və İslam rəhbərlərini diktator kimi tanıtmaqda bütün imkanlardan istifadə etməkdədirlər.
İslam qanunlarını ölkəsində əsas qanun bazası görmək istəyənlər Allahın diktəsinə razı olanlardır. Onlar diktəni həqiqi Sahibindən almağı daha zəruri bilirlər. Ancaq nə edəsən ki, dünyanın idarəsində israrlı olan diktatorlar bu sistemi onların müəyyən etdiyi və maraqlarına cavab verməmə səbəbindən diktatura adlandrmaqdadırlar.
ARDI VAR.

Müsəlman Birliyi Hərəkatı Təhlil və Araşdırma Mərkəzi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button