AktualAktualArxivIslammədəniyyatMüsahibəSosialXəbər lentiXəbərlər

HƏMAS-ın mətbuat katibi Sami Əbu Zəhri Türkiyənin “On4” kanalında sionist rejimin ilhaq planı haqda danışıb

Sionist rejiminin ilhaq planı HƏMAS-ın mətbuat katibi Sami Əbu Zəhri Türkiyənin “On4” kanalına verdiyi müsahibədə araşdırıldı.

Qafqaz Həqiqətləri xəbər verir ki, bir müddət qabaq işğalçı sionist rejiminin baş naziri Netanyahu və ABŞ prezidenti Donald Tramp birtərəfli olaraq “Əsrin sazişi” planının açılışını etdilər. Bu istiqamətdə ilhaq planına aid layihələr də işğalçı rejimin knessetinə təqdim edildi. HƏMAS Hərəkatının mətbuat katibi Sami Əbu Zəhri Türkiyənin “On4” telekanalında Məhəmməd Əli Ədəbalının bu məsələ ilə bağlı suallarını cavablandırıb.

– Qəzzədə son vəziyyət necədir?

– Hər şeydən öncə Türkiyə xalqına Fələstin məsələsində tutduğu mövqeə görə minnətdarlıq edirəm. 2007-ci ildən Qəzzə mühasirədədir. Səhiyyə, elektrik enerjisi kimi xidmətlər çox pis vəziyyətdədir. Su məsələsində də fələstinlilər çox vaxt çirkli sudan istifadə etməyə məcbur olurlar.

Tələbə və şagirdlərlə bağlı məsələlər də çətin durumdadır. Habelə səfər etməsi lazım olan şəxslər səfər edə bilmirlər. İşsizlik 50 faizə enib. İşsizlik üzündən Qəzzənin problemi günbəgün artmaqdadır. Bu vəziyyət koronadan sonra daha da şiddətlənib. Təqribən hər gün bomba partlayır və Qəzzə sakinlərinin durumu çox ağırdır.

– Gündəlik yaşayış necə keçir?

– Qəsbkar rejimin işğalçılığı qarşısında xalqın müqavimət və iradəsi çox güclüdür. Fələstində hamının mövqei müştərəkdir. Müxtəlif ölkələrdən, xüsusilə də Türkiyə, Qətər və digər İslam ölkələrdən yardımlar gəlir. Onlar bu yardımları ilə Qəzzədə humanitar böhranı azaltmağa çalışırlar.

– Köməklər sizin əlinizə çatırmı?

– İşğalçı sionist rejimi sistemli şəkildə yardımların bizə çatmasına maneçilik törədir, lakin bu köməklərin əsas hissəsi bizim əlimizə çatır. Çox məhdud şəkildə əkinçilik üçün imkan vardır. Əhali meyvə və tərəvəz becərir, habelə, heyvandarlıla da məşğul olurlar. İdxala ehtiyac olmadan əhali özləri bu məhsulları istehsal edirlər.

– Bir müddətdir ki, Amerika və İsrailin İordan çayının qərb sahili və İordaniya Vadisinin sionist rejiminə ilhaqı planı haqda söhbətlər ortaya çıxmışdır. Bu planın təxirə düşdüyü elan edildi. Əsrin sazişi və ilhaq planına sizin baxışınız hansıdır?

– Türkiyə vətəndaşlarına sözügedən mövzu barədə açıqlama vermək üçün bu yaxşı fürsətdir. Bu sövdələşmə Amerika və İsrailin planıdır. Bu planda məqsəd Fələstinin mübarizəsinə son qoymaqdır. İddia edirlər ki, Qüds İsrailin paytaxtı olmuşdur. Bununla, İordaniya Vadisində salınmış yəhudi qəsəbələrini rəsmi tanımaq istəyirlər və bu da ərəb və fələstinlilər arasında ayrıseçkilik məqsədi daşıyır. İordaniya Vadisinin ilhaqı məsələsi də bir növ bu ərazinin sionist rejimə birləşdirilməsidir. Bu, fələstinlilərin bütün ərazilərini işğal etmək və İsrail rejiminə ilhaq etmək planıdır. Bu planın nəticəsində Fələstin xalqı İsrailin ikinci dərəcəli vətəndaşı hesab olunacaq. Bunun da mənası odur ki, Fələstin dövləti təşkil olmayacaq. Onlar Fələstinə su çatdıran məntəqələri qəsb etmək istəyirlər və İordaniya sərhədlərinə qədər bütün əraziləri sionist rejimin işğalına salmağa səy edirlər. Bu təkcə iqtisadi bir məsələ deyildir, həqiqətdə Fələstini yəhudiləşdirməyə təlaş edirlər. Əsrin sazişi adlanan razılaşma təhlükəli ilhaq planıdır.

– Netanyahu və Trampın elan etdiyi plan, Fələstinli məhv etmək məqsədilə qurulmuş bir plandır. Siz HƏMAS olaraq 1 iyulu Qəzəb Günü adlandırdınız. Bu mövzunun səbəbi nədir və bu planın qarşısında hansı addımlarınız vardır?

– İşğalçı İsrail rejimi 1 iyulda ilhaq planını elan etdi. Biz də bu qərarın qarşısında həmin günü Qəzəb Günü adlandırdıq. Bütün Fələstin xalqı o gün küçələrə axışdı.

İşğalçı rejimin bu plan barədə müəyyən mövqei yoxdur. Fələstin müqaviməti və xalq müqaviməti hərbi qüvvələrin dəstəyi ilə bu tamahkarlığa qətiyyətli cavab verəcək. Bəzi ölkələr də işğalçı rejimə qarşı təzyiqlər göstərdilər. Beləliklə, bu planın icrası təxirə düşdü. Biz də bu təxirlə əlaqədar öz təzyiqlərimizi davam etdiririk. Habelə, Avropa Birliyi və digər ölkələr də bu mövzuya qarşı addım atacaqlarını bildirdilər. Beynəlxalq camiə bu məsələni qəbul etmir. Fələstinin bütün siyasi partiyaları da bu plana müxalif olduqlarını, bu plana qarşı müqavimət və mübarizələrini davam etdirəcəklərini açıq-aydın elan etdilər.

– Bütün fələstinlilər ilhaq planına qarşı çıxır. Lakin İordaniya Vadisi bu plana çox açıq şəkildə etiraz edə bilmir. İordaniya Vadisində vəziyyət necədir?

– Müqavimət, müqavimətdir və təkcə Qəzzəyə aid deyil. Biz İsrail işğalçılığı qarşısında hər yerdə müqavimət göstəririk və ona etiraz edirik. Hər yerdə müqavimətə imkan varsa, biz bunu edirik.

– HƏMAS sanksiyalara görə, çətin durumdadır və bu çətin vəziyyətə baxmayaraq öz mübarizəsini davam etdirir. HƏMAS müqaviməti davam etdirmək və ayaq üstə qalmaq üçün nə düşünür?

– HƏMAS xalq hərəkatıdır. Bütün Fələstin əhalisi HƏMAS-a dəstək verir. Ümmət HƏMAS-ın hamisidir. HƏMAS Fələstin xalqını qorumaq üçün gücü çatan hər bir işi edəcək. Bu sanksiyalar HƏMAS-ın müqavimətinə mane ola bilməz. Biz silahlarımızı özümüz istehsal edirik və xarici təchizata ehtiyacımız yoxdur. Bütün bu təzyiq və sanksiyalara baxmayaraq bu səviyyəyə yetişmişik.

– Son dövrdə İsrail rejimi qətiyyətli cavablarla üzləşib. HƏMAS-ın gücləndiyini görürük.

– Bəli, düzdür. Biz müqavimət olaraq hər cəhətdən və müntəzəm surətdə işlərimizi genişləndirməkdəyik. Hər gün qabaqkı gündən daha yaxşı oluruq. Hər gün ötdükcə bizim gücümüz də artır. İşğalçı rejim geniş müharibəyə görə qorxu və narahatlıq içindədir. Biz fələstinli olaraq baha ödəyirik. Onların təchizatı daha böyük olmasına baxmayaraq, biz zərrə qədər də qorxmuruq. Onlar bizim əlimizdə silahların olduğunu və bunun hər gün genişləndiyini yaxşı bilirlər. Ona görə də həmişə iztirab içindədirlər. Bugün müqavimət İsraili vura bilər. Təkcə yerdə deyil, dəniz və havada da çox təsirliyik. Qəzzənin altında tunellərimiz vardır və oradan İsraili vura bilərik.

– Səudiyyə Ərəbistanı HƏMAS-a qarşı mənfi mövqe tutmuşdur. Hətta, bu təşkilatın bəzi üzvlərini həbs etmişdir. Onların bu hərəkətinin səbəbi nədir?

– Fələstinin baxışında təkcə bir düşmən vardır və o, işğalçı rejimdir. Bütün müsəlman ölkələri ilə yaxşı və konstruktiv münasibətləri genişləndirməyə maraqlıyıq. HƏMAS-ı sevsələr də, sevməsələr də bizim üçün fərqi yoxdur. Biz fələstinli olaraq yalnız Fələstini düşünürük. Onlar Fələstin qarşısında mövqe tutdular. Krallıq rejimi son vaxtlarda Amerikanı razı salmaq və sionst rejimlə münasibətləri normallaşdırmaq məqsədilə HƏMAS üzvlərini həbs etdi. Ərəbistandakı bəzi HƏMAS üzvlərini müsafir, yaxud qonaq kimi görmürük, onların bəziləri orada dünyaya gəlib. Onlar Səudiyyə Ərəbistanının qurulmasına kömək ediblər. Onları həbs etdilər. Biz buna görə narahatıq. Onlar indiyə kimi həbsdədir. HƏMAS üzvlərinin azad olunması istiqamətində müzakirələr davam edir, lakin təəssüflər olsun ki, onlar Ərəbistanda terrorçu kimi mühakimə olunacaq.

Fələstin xalqına yardım, terrorizmə yardım hesab olunur. Bu məsələ bizim işimizə təsir qoymur və yolumuz sabit qalacaq, İsrail düşmənimiz olaraq qalacaq.

– Bəzi ölkələr Hizbullah Hərəkatını terrorçu qrup elan etmişdir. Ənsarullah və Hizbullah kimi hərəkatların terrorçu adlanmasına necə baxırsınız?

– Hər hansı ölkədə müqavimət cəbhəsi əleyhinə mövqe tutulsa, biz onu qəbul etmirik. Biz bu qruplara terrorçu kimi baxmırıq. Hizbullah Hərəkatı İsrailin düşmənidir. Yüz minlərlə fələstinli Livanda yaşayır. Biz İsrail əleyhinə mübarizədə Hizbullahla əməkdaşlıq edirik.

– İranın HƏMAS və Fələstinlə yaxşı münasibətləri vardır. Onlar HƏMAS səlahiyyətliləri ilə müntəzəm şəkildə əlaqə saxlayırlar və çox aşkar şəkildə Fələstinə dəstək verirlər. Bəs, HƏMAS və digər müqavimət qruplarının Tehran və Ankara ilə münasibətləri necədir?

– Biz yaxşı və konstruktiv münasibətlərə israrlıyıq. Daxili mühasibə və balansa daxil olmadan hər ölkə ilə yaxşı münasibətlər qurmaq istəyirik. İranla münasibətlərimiz çox yaxşıdır. Məqsəd Fələstin mübarizəsinə xidmət etməkdir. İran da siyasi, logistik və maddi dəstək verir. Biz İrandan çox razıyıq.

Türkiyənin də çox fəal rolu vardır. Türkiyə regionda mühüm rola malikdir. Biz hamımız onun məntəqədə çox mühüm oyunçu olduğunu bilirik. İsmayıl Həniyyə müntəzəm olaraq prezident Ərdoğanla əlaqə saxlayır. Türkiyə fələstinlilərin müqavimətini gücləndirmək üçün dəstək verir. Bu yardımlar ərəb ölkələrinin kömək etmədiyi bir dövrdə çox önəmlidir. Türkiyədə bir çox xalq qurumları bizə dəstək göstərir.

– Fələstin məsələsi bütün müsəlmanların və bəşəriyyətin məsələsidir. Bəziləri Fələstinə dəstək verirlər, bəziləri isə dəstək vermirlər. Müqavimətin qələbəsi üçün müsəlmanlara sözünüz nədir?

– Fələstinin müqavimət məsələsi təkcə müsəlmanlara aid deyil. Bu məsələ dünyanın bütün azadlıqsevərlərinə dəstək verməkdir. Onun aspektlərindən biri də ümumdünəvi bir mövzu olmasıdır. İsrailin zülmünü dünyaya və qərb ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətlərimiz vardır. Qərbin ictimai rəyi Fələstinin yanındadır. İşğalçı rejim hal-hazırda təcrid olunmuşdur. İsrail Amerikada öz nüfuzunu itirməkdədir. Avropalılar  Fələstinin yəhudilərə aid olması kimi yalan iddiaları qəbul etmirlər.

Sizin kanalınız vasitəsilə bütün müsəlmanlara demək istəyirik ki, Fələstin məsələsi bütün müsəlmanlara aid bir məsələdir. Fələstin, yəni Qüds və ilk qiblə, merac diyarı və bütün müsəlmanların diyarı deməkdir.

Birinci və İkinci Sultan Səlim və Sultan Əbdülməcid Qüdsə kömək etmişdir. Biz Qüdsün azad olunması üçün bütün ümmətlərin ortaq təlaşlarını gözləyirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button