ArxivXəbər lentiXəbərlər

İran ilə Azərbaycan arasında bankomatların birləşdirilməsi razılaşdırılıb

İran və Azərbaycan Respublikasının mərkəzi bankları bank sistemləri arasında əlaqələrin formalaşmasına zəmin yaradılması eləcə də iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə iki ölkə bankomatlarının birləşdirilməsi barədə razılığa gəliblər.

İranın Xəbər telekanalının verdiyi məlumata görə, İran İslam Respublikası prezidentinin Azərbaycan Respublikasına səfərinin kənarında bu gün iki ölkənin mərkəzi banklarının rəhbərləri iş adamları və turistlərin rifahı üçün iki ölkə bankomatlarının birləşdirilməsi barədə razılığa gəliblər.

Bu razılığa əsasən iki həftəyədək iki ölkənin mərkəzi banklarının müvafiq qurumları bu qərarın həyata keçirilməsi üçün lazımı zəminlərin yaradılması üçün texniki məsələləri müzakirə edəcəklər.

Razılığa əsasən bank mübadilələrinin asanlaşdırılması məqsədi ilə hər ölkənin mərkəzi bankının ofislərində müqabil ölkənin mərkəzi bankı üçün xüsusi hesab açılacaq.

İran və Azərbaycan Respublikası arasına bank əməkdaşlıqları üzrə razılaşma sənədi iki ölkənin mərkəzi banklarının prezidentlərinin iştirakı ilə imzalanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button