Sabah 1444-cü hicri qəməri ili cəmadiuləvvəl ayının beşi, həzrət Zeynəbi Kübranın (s) səadətli viladətinin ildönümü günüdür. Bu gün İranda tibb bacısı günü kimi qeyd edilir.
Xanım Zeynəb (s) hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində dünyaya göz açdı.
Zeynəb (s) atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu.
Həzrət Zeynəb (s) bütün zamanlarda bütün zülmə qarşı mübarizə aparan və azadlıqsevər qadın və kişilər üçün bir meyar və nümunədir.
Həzrət Zeynəb (s) dünənə, bu günə və sabaha aid olan bir qadındır, çünki insan ləyaqəti, Allaha bəndəlik, ədalətsevərlik, şərəf və azadəlik xas bir dövrə və ya xas bir cəmiyyətə aid olmayan dəyərlərdir.
Səhər Azəri kanalı İslamın qəhrəman qadını Həzrət Zeynəbin (s) mövludunun ildönümü günü münasibəti ilə bütün müsəlmanları, xüsusən şiələri və dünyanın digər azadlıqsevərlərini təbrik edir.