Şəxsiyyətlər

Həzrət Ayətullah Mir Əbdülqəni Maştağai Badkubeinin həyatı

Bu ilahi alim və əzəmətli Seyid 1913-cü ildə (1331 h. q.) vəfat edib

Həzrət Ayətullah Mir Əbdülqəni Maştağai Badkubei, Böyük alim Seyid Yusifin Oğludur. O, Qafqaz məntəqəsinin böyük alimlərindən, alim məqamlı fəqihlərindən biridir. 1845-ci ildə (1261 h. q.) Bakıda Maştağa qəsəbəsində dünyaya göz açmışdır. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində tədris olunan başqa kitabları və ilkin məlumat məqsədli dini hövzə dərslərini dəyərli atasından və məntəqənin başqa ruhanilərinin hüzurunda öyrənmişdir. 1863- cü ildə Nəcəfi-əşrəf dini hövzəsinə səfər edərək, orada Ayətullah-üzma Ağa Seyid Hüseyn Kuhkəməri, Ayətullah-üzma Mirzə Məhəmməd Həsən Şirazi, Ayətullah-üzma Mirzə Həbibullah Rəşti və Ayətullah-üzma Mövla Məhəmməd Fazil İrəvaninin elmindən bəhrələnərək, ali elmi-mənəvi məqamlara malik oldu. Nəcəfi-əşrəf dini hövzəsində təhsil aldığı müdətdə bir neçə il Bağdad və Samirra şəhərlərinə səfəretmiş və oradakı alimlərin elmi bəhslərindən istifadə etmişdir. O, 1887-ci ildə iyirmi dörd illik təhsildən sonra öz vətəninə qayıtdı. Orada dini maarifləndirmə, moizə və təbliğlə, həmçinin şəri əhkamların bəyanı və islam elmlərinin tədrisi ilə məşğul olmağa başladı. 1897-ci ildə Maştağanın Cümə məscidinin asəsaını qoydu.

Bu ilahi alim və əzəmətli Seyid 1913-cü ildə (1331 h. q.) vəfat edib. Müqəddəs ruhunun bərəkətləri artıq olsun!

Allah rəhmət eləsin!

Diqqət: Bu xəbərləri istinadsız yayımlamağa halallıq verilmir.

Cenubnews.com

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button