AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatQarabağŞəxsiyyətlərSosialXəbər lentiXəbərlər

Həzrət Ayətullah Ameli: İşğal olunmuş ərazilərin geri alınmasında Azərbaycan hökumətinin hərəkəti tamamilə şəriət və qanuni bir hərəkətdir

Ayətullah Amili Azərbaycanın işğal edilmiş ərazilərini geri almaq barədə mövqeini dəstəkləyib

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi həzrət Ayətullah Seyid Həsən Amili işğal edilmiş Qarabağda döyüşlərin başlaması barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan dövlətinin işğal edilmiş ərazilərini geri almaq üçün atdığı addım tamamilə dini və qanunidir. Biz bu addımı müdafiə edirik.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin nümayəndəsi həzrət Ayətullah Seyid Həsən Amilinin bəyanatı aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

“Onlar zülmə məruz qaldıqları zaman qisas alarlar.” (“Şura” surəsi, ayə 39)

“Kim zülmə məruz qaldıqdan sonra qisas alarsa, artıq onlar cəzalandırılmazlar.” (“Şura” surəsi, ayə 41)

Azərbaycan dövlətinin işğal edilmiş ərazilərini geri almaq üçün atdığı addım tamamilə dini və qanunidir. Beynəlxalq qayda-qanunlara əsasən, hər bir dövlət öz ərazisini müdafiə etmək və digər ölkələrdən kömək istəmək hüququna malikdir.

Biz İran İslam Respublikasında İslam İnqilabının fəlsəfəsini əsas tutaraq zülmə məruz qalanı müdafiə etməyi və zülmkarla mübarizə aparmağı özümüzə dini, insani və islami vəzifə bilirik.

İslami və inqilabçı İran “Ey Rəbbim, mənə verdiyin nemətlərin haqqı üçün günahkarlara əsla dayaq olmayacağam (“Qəsəs” surəsi, ayə 17)”“Zalımlara meyl etməyin, yoxsa sizə də od toxunar (“Hud” surəsi, ayə 113)” ayələrini rəhbər tutaraq heç vaxt zülmkarın tərəfində dayanmayacaq.

Beləliklə, son qələbələr münasibətilə Azərbaycanın böyük xalqını təbrik edirik və Qarabağın tam azad olunmasını Mütəal Allahdan istəyirik.

Azərbaycan xalqının yadındadır ki, bu ölkənin çətin günlərində, xüsusilə də Qarabağa qarşı işğalçılıq hücumları edildiyi ilk vaxtlarda hər ölkədən daha çox İran İslam Respublikası Azərbaycanın yanında olmuşdur. Psixoloji hücumlar, mərdlikdən uzaq iftiralar və yalan illüstrasiyalar iki xalqı bir-birindən ayıra bilməz.

Bu iftiralar, aldatmalar, böhtanlar, məkirli planlar iki xalq arasında bağlılıqların dərinləşməsindən qorxduqları, yozulmayacaq yuxularına çatmaq üçündür.

Sözsüz, “Azərbaycana təmənnasız yardım etmək” yalnız İrana məxsusdur və İrana məxsus olaraq qalacaq.

Azərbaycan xalqı həqiqətən müdrik və oyaq xalqdır, qeyd olunan məsələyə hamıdan yaxşı vaqifdir.

Mütəal Allahdan 1 milyon Qarabağ köçkününün tezliklə öz vətənlərinə qayıtmasını, Qarabağ cəbhəsindəki haqq müdafiəçilərinə sağlamlıq, fəth və qələbə, bu dəyərli müdafiənin şəhidlərinə ülvi dərəcələr diləyirəm.

Seyid Həsən Amili

7 mehr 1399-28 sentyabr 2020

Ərdəbil əl-Məhrusət əl-Məhmiyyə

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button