ArxivXəbər lentiXəbərlər

Peyğəmbərin mövludu Bakıda möhtəşəm şəkildə qeyd edildi – FOTO-VİDEO

Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) mövlud tədbirləri təşkil olunub. Belə tədbirlərdən biri də bu gün axşam Bakının “Məşədi Dadaş” məscidində keçirilib.
Mövlud gecəsinə din xadimləri – ilahiyyatçı hacı Şahin Həsənli, Qaraçuxur qəsəbə məscidinin imamı Qurban Əliyev, ilahiyyatçı Axund Azər Sani, məşhur qari hacı Ruslan Qasımov, xalq artisti, Azərbaycan muğam sənətinin görkəmli ifaçısı Alim Qasımov, məşhur xanəndə Hüseyn Məlikov, yazıçı, şair və kinodramaturq İlqar Fəhmi, fəlsəfə doktoru Mail Yaqub, tanınmış qəzəlxan Arif Buzovnalı və digər qonaqlar qatılıblar. Tədbiri məscidin həyətində quraşdırılmış monitordan da izləmək mümkün olub.
Qeyd edək ki, Həzrət Məhəmmədin (s) mövlud məclisinə sünni məzhəbindən olan Qaraçuxur məscidinin imamının dəvət olunması və onun məsciddə çıxış etməsi ölkədə şiə-sünni vəhdətinin təbliğinə böyük töhvə verib.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button