AktualAktualArxivFatimi yaşayişIslammədəniyyatŞəkil​SosialXəbər lentiXəbərlər

Hərəm müdafiəçiləri şəhidlərinin anım günü/FOTO

İran İslam Respublikası Mədəni İnqilab Ali Şurasının qərarı ilə 18 mordad, Möhsin Höcəcinin şəhadət günü “Hərəm Müdafiəçiləri Şəhidlərinin Anım Günü” adlanmışdır.

Möhsin Höcəcinin 18 mordad 1396-cı ildə (9 avqust 2017) Suriyada İŞİD təkfirçi terrorçuları tərəfindən şəhid edilməsi İran, Livan, İraq, Pakistan, Azərbaycan və Əfqanıstan döyüşçülərinin Suriyada hüzuru dövründə dönüş yaratdı. Höcəcinin şəhadətindən qabaq Suriya hadisələrini izləyənlərin sayının az olduğunu desək, səhv etmərik. Habelə, İslam dünyasının müxtəlif ölkələrindən çoxlu sayda hərəm müfafiəçisi şəhid olmasına, təkfirçi terrorçularla mübarizədə Suriya ordusu və xalqının yanında qüdrətli hüzurlarına baxmayaraq onların canfəşanlığı və xidmətləri elə də görkəm almamışdı. Lakin Möhsin Höcəcinin şəhadəti və onun necə şəhid olmasına aid xəbər, video və görüntülərin medialarda yayılmasından sonra hərəm müdafiəçilərinin adı və onların dörd il boyunca fədakarlığını dillərə saldı. İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah Xameneinin şəhid Höcəci barədə öz çıxışında dediyi kimi həqiqətdə şəhid Höcəci Allahın insanlar üçün höccəti idi ki, hamı təkfirçilərin cinayətlərini, onların Suriya əhalisinə qarşı amansızlıq və təcavüzlərini görsün.

Hərəm müdafiəçiləri Suriya və İraqda əksərən şiələrdən təşkil olunmuş hərbi qruplardır. 2013-cü ildən sonra təkfirçi və İŞİD terror qruplarının meydana çıxmasından, İraq və Suriyada günahsız insanları qətliam etmələrindən və Əhli-beyt (ə) hərəmlərini, xüsusilə də Həzrət Zeynəb (ə) Hərəmini dağıtmağa cəhd etmələrindən sonra bunun qarşısını almaq məqsədilə hərəm müdafiəçiləri qrupları yaradıldı.

Bu qrup yarandığı vaxtdan indiyə kimi Suriya və İraqın müxtəlif şəhərlərində təkfirçi terrorçulara qarşı döyüşüblər və bu əməliyyatlarda nəzərə çarpan qələbələr əldə ediblər, terrorçuların işğal etdiyi ərazilərin çoxunu azad ediblər.

Suriya və İraqda əmin-amanlığın yaradılmasında hərəm müdafiəçiləri şəhidlərinin rolu əvəzsizdir. İran və Azərbaycan Respublikası kimi digər şiə ölkələrinin sərhədlərindəki təhlükəsizliyi bu uca məqamlı şəhidlərin qanına borcluyuq.

Hərəm müdafiəçiləri şəhidləri əvvəl Suriya və İraqda Əhli-beyt (ə) hərəmlərini qorumaq üçün döyüş meydanına qədəm qoysalar da, müdafiənin davamında onlar bütün Qərbi Asiya, hətta dünyanın təhlükəsizliyində böyük rol ifa etdilər. Həqiqətdə hərəm müdafiəçiləri şəhidlərinin qanı regionun və digər ölkələrin xalqlarının təhlükəsizliyini təkfirçi terrorçuların vəhşiliyi qarşısında qorudu.

 

Buna görə də, Mədəni İnqilab Ali Şurası 18 mordad, Möhsin Höcəcinin şəhadət gününü Hərəm Müdafiəçiləri Şəhidlərinin Anım Günü adlandırdı ki, bu günü uca tutmaqla onların Əhli-beyt (ə) hərəmini müdafiə etməkdə, İraq və Suriyanın zülmə məruz qalmış xalqlarına dəstək olmaqda göstərdiyi fədakarlıq və rəşadət anılsın.

Möhsin Höcəci 21 tir 1370-ci (m. 12 iyul 1991) İsfahanın Nəcəfabad şəhərində dünyaya gəlmişdir. Əhli-beyt (ə) hərəmini müdafiə etmək üçün Suriyaya yollanmış şəhid 1396-cı ilin mordad ayında (2017, avqust) Suriyanın İraqla sərhədində İŞİD terrorçuları tərəfindən əsir götürülmüş və iki gündən sonra şəhadət xəbəri verilmişdir. Höcəci şəhid olarkən 25 yaşında idi. Onun iki yaşlı bir oğlu yadigar qalmışdır.

İŞİD terrorçusunun əlində xəncər onun arxasında dayandığı görüntülər sosial şəbəkələrdə geniş yayılmışdı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button