ArxivXəbər lentiXəbərlər

İçərişəhər “Cümə” məscidinin dini icması möhtəşəm 1-ci Əhya gecəsi mərasimi yaşadı

Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecəsi yüzmilyonlarla dünya müsəlmanının hər il yaşadığı ən mühüm hadisələrdəndir. Vətənimizdə də bu mərasim artıq oturuşmuş ənənə halı almışdır. İçərişəhər “Cümə” məscidinin dini icması hər il olduğu kimi, bu il də geniş tərkiblə birinci Əhya gecəsinin müqəddəs anlarını cəmlə yaşadı.

Tədbirlərin birinci hissəsi İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun tematik xütbə oxuması ilə səciyyələnmişdir.

Hacı İlqar İbrahimoğlu Qədr gecəsi və Ramazan ayının mahiyyəti ətrafında geniş xütbə söyləyib.

“Artıq neçə həftədir ki, Allah qonaqları Allahın ziyafətində yaşayırlar. Hər günün öz təamları, hər günün öz nemətləri var. Bir çoxlarımız hələ Rəcəb ayından bu nurani ziyafətə hazırlaşırıq. Ümid dolu Allah ziyafətinə hazırlıqlar görüblər. Rəbbimiz bu ayda bizi öz ziyafətinə dəvət edib. böyük mehribanlıqla dəvət edib. Dəvət edib ki, təqvalılığı məşq edək. Bu aydan təqvalı halda çıxmaq üçün, bu nurani ziyafətdə təqvalı olmağı, qəflətdən ayılmağı məşq edirik. Ramazan ayı tövbə, münacat, zikr, xatırlama, özünə nəzər salmaq ayıdır. Bu ayda bağışlanmağımız üçün bütün fürsətlər, bütün nemətlər var.

Bu gecə – oyanmaq gecəsidir. Fikirləşməli deyilik ki, bu gecə necə keçəcək, bu gecə necə bitəcək. Mühüm odur ki, bu gecə özümüz üçün nə edəcəyik. Öz halımızda, durumumuzda, ruhiyyəmizdə nə edə biləcəyik?

Böyük əxlaq ustadlarının Qədr gecələri ilə bağlı xüsusi buyuruşları var. Biz üç nöqtə ilə bu gecənin mahiyyətinə toxunmaq istəyirik. Birincisi, bu nə gecədir? Böyük əxlaq ustadı Ustad Fatimiya cənabları buyurur ki, biz əgər Qədr gecələrinə bir neçə gün qalmış Qədr gecəsi haqqında düşünsək, xüsusi hünər göstərmiş olmuruq. Salehlərin camalı olan Ayətullah Mirzə Cavad ağa Mələki Təbrizi cənabları yazır ki, Qədr gecələrinə bir il qalmış Qədr gecələri haqqında fikirləşmək lazımdır. Ustad Fatimiya deyir ki, mən cavanlıqda bu yazını oxuyan zaman xam xəyallarda belə xəyal etmişdim ki, insan gərək təqvimə baxsın və o gecə üçün başqa planlar qurmasın. Sonradan illər keçdi, mən anladım ki, bu böyük əxlaq ustadının sözünü anlamamış. O dəyərli alim demək istəyir ki, bir il boyunca Qədr gecəsinə hazırlaşmaq lazımdır. Bu bir il ərzində gərək davranışlarımıza diqqət edək. Çünki, elə bir gecəyə daxil olmuşuq ki, bütün müqəddəratımız bu gecədə həll olur.
Ustad Fatimiya buyurur ki, Qədr gecələrində daha düzəltməyə vaxt yoxdur. Qədr gecəsində insan gəlib baxır ki, nə qədər işlərim qalıb, düzəltməmişəm. Bu gecə – düşünmək, təfəkkür gecəsidir. Allah etməsin, biz bu gecədə ibadət edək, amma bəndəlik yaddan çıxsın. Bu bizlərin hamımızın müsibətidir ki, bizlər ibadət etməyi, namaz qılmağı öyrəndik, amma namazın, orucun, ibadətin hədəfini unutduq. Bu bir müsibətdir ki, insan bir ömr saleh övlad həsrətində olsun, amma övladı olandan sonra onun əməlisaleh olması üçün çalışmasın. Bu gecə bütün bunları düşünmək lazımdır.

Ustad Fatimiya buyurur ki, Qədr gecələrində daha bəzi düzəltmələr üçün imkan yoxdur. Hər birimizə aiddir. Artıq gecikmişik. Deyir, “Allaha deyin, ey mənim Allahım, Səninlə əhd bağlayıram ki, burdan ki, çıxacam ilk fürsətdə və ilk imkanda bu addımları atacam və sən ki, o sonsuz kərəmə maliksən, imkan yarat ki, bunlar dualarımızın qəbul olmasına mane olmasın və yəgin şəkildə əmin olun ki, qəbuldur. Çünki, Allah qəlblərdən agahdır”. Biz Allahla əhd bağlamağa hazırıqmı? Hamımız özümüzə bu sual verməliyik. Əgər bunu bacarsaq, oyanmış olarıq. Əhya gözlərin fiziki açıq qalmağı deyil. Əhya qəlbin oyanışıdır. Gərək Allahla bu gecə danışaq. Əhd bağlayaq ki, bura qədər düzəldə bilmədiklərimizi düzəldəcəyik. Xətalarımızı, günahlarımızı, yalnışlarımızı düzəldəcəyimizə dair Rəbbimizlə əhd bağlayaq. Bu gecənin mühüm işi budur.

Bizlərin çoxsaylı dualarımız məhz öz xəta və günahlarımıza görə həbs olur, dualarımız bu xətalarımıza görə qəbul olmur. Artıq bu gecədə gecikmişik, düzəltmək imkanımız yoxdur, amma Allahdan möhlət istəyə bilərik.

“Həzrət İsa bir qəbrin yanından keçirdi. Gördü qəbir sahibi əzab içərisindədir. Sonra gələn il bir də o qəbrin yanından keçirdi, gördü qəbrin sahibi daha əzaba düçar deyil. Rəbbinə buyurdu: “Ey Rəbbim. Bir il öncə bu qəbrin yanından keçirdim, sahibi əzabda idi, bir il sonra keçəndə gördüm daha əzab çəkmir. Allah ona vəhy etdi: “Ey Ruhullah, onun bir layiqli övladı buluğ yaşına çatdı ki, yol düzəltdi və bir yetimə yiyə durdu, övladının bu əməlinə görə onu bağışladım””. Bizlər bu gecə rəhmətə gedənlərimizi də sevindirə bilərik. Gərək öncə bu gecədə öz halımıza bir kömək edək, sonra onlar üçün də azuqə göndərək.

Ən böyük problem onda olar ki, bizlər düşünək ki, daha bağışlanan, düzələn deyilik. Gərək insan günah etməsin. Amma, əgər başına gəlibsə, gərək tövbə etsin, Rəbbindən hər an ümidvar olsun” .

Sonra cəmlə ayinlərin icrası mərhələsi başlayıb. Başları üzərinə Qurani-Kərimi qoyan inanclılar, bu gecənin xüsusi əməllərini cəmlə yerinə yetirib. Sonda dualar edilib.

Tədbirin növbəti hissəsi əzadarlıq məclisi ilə davam edib. Yekunda cəmlə “Fərəc” duası

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button